https://sputnik.az/20240524/lacina-12-minden-cox-insanin-kocurulmesi-nezerde-tutulur-464882904.html
Laçına 12 mindən çox insanın köçürülməsi nəzərdə tutulur
Laçına 12 mindən çox insanın köçürülməsi nəzərdə tutulur
Sputnik Azərbaycan
Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T11:49+0400
2024-05-24T11:49+0400
2024-05-24T11:58+0400
laçın
qarabağın dirçəlişi və reinteqrasiyası
sakin
köçürülmə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461543122_0:49:946:581_1920x0_80_0_0_df73319b68a662d53a8ae6e2c8e53528.jpg
BAKI, 24 may — Sputnik. 2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib. "2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz fəxr edirik ki, işğal zamanı xarabalığa çevrilmiş Laçın Azərbaycanın gözəl guşələrindən birinə çevrilib. Bir il əvvəl ilk keçmiş məcburi köçkünlər vətənə qayıtdılar. Onları şəxsən cənab Prezident İlham Əliyev qarşıladı və yeni evlərinin açarlarını təqdim etdi. Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb" - o qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461543122_52:0:892:630_1920x0_80_0_0_736b17e4f4145d80148a32d82ce26501.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, sakin, köçürülmə
Laçına 12 mindən çox insanın köçürülməsi nəzərdə tutulur
11:49 24.05.2024 (Yenilənib: 11:58 24.05.2024) Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi.
BAKI, 24 may — Sputnik. 2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.
"2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz fəxr edirik ki, işğal zamanı xarabalığa çevrilmiş Laçın Azərbaycanın gözəl guşələrindən birinə çevrilib. Bir il əvvəl ilk keçmiş məcburi köçkünlər vətənə qayıtdılar. Onları şəxsən cənab Prezident İlham Əliyev qarşıladı və yeni evlərinin açarlarını təqdim etdi. Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb" - o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.