CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Erməni xalqı saxtakar keşişə və arxasında dayananlara öz yerini göstərməlidir

© Photo : Azerbaijan Institute of TheologyDeputat Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov  - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Deputatın sözlərinə görə, heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir.
BAKI, 24 may — Sputnik. "Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam etdirir". Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 24-də keçirilən plenar iclasında deyib.
Ermənistanda hazırkı ictimai-siyasi gərginliyin səbəbkarının Baqdan Qalstanyan olduğunu diqqətə çatdıran C.Məmmədov bildirib ki, əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub.
Deputatın sözlərinə görə, heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir.

"Erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir" - Ceyhun Məmmədov vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0