https://sputnik.az/20240524/bakida-bu-mekteblerde-ozbasinaliq---mekteb-binasinda-repetitor-fealiyyeti-464888045.html
Bakıda bu məktəblərdə özbaşınalıq - məktəb binasında repetitor fəaliyyəti
Bakıda bu məktəblərdə özbaşınalıq - məktəb binasında repetitor fəaliyyəti
Sputnik Azərbaycan
Uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı üzə çıxıb. 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T13:04+0400
2024-05-24T13:04+0400
2024-05-24T13:44+0400
məktəb
təhsil
repetitor
təhsil nazirliyi
yoxlama
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_0:0:3071:1728_1920x0_80_0_0_4e364fdbe13bb20ed459bf9ae4631e1b.jpg
BAKI, 24 may — Sputnik. Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bu barədə məlumat verilib. Belə ki, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681479_340:0:3071:2048_1920x0_80_0_0_afa3f6f9ae96f83dfedabcb5ed6ed1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, repetitor, təhsil nazirliyi, yoxlama
məktəb, repetitor, təhsil nazirliyi, yoxlama
Bakıda bu məktəblərdə özbaşınalıq - məktəb binasında repetitor fəaliyyəti
13:04 24.05.2024 (Yenilənib: 13:44 24.05.2024) Uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı üzə çıxıb.
BAKI, 24 may — Sputnik. Paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bu barədə məlumat verilib.
Belə ki, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.