https://sputnik.az/20240524/aqt-halal-sertifikatlasdirma-prosesine-baslayib-464879909.html
AQTİ halal sertifikatlaşdırma prosesinə başlayıb
AQTİ halal sertifikatlaşdırma prosesinə başlayıb
Sputnik Azərbaycan
Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən... 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T11:31+0400
2024-05-24T11:31+0400
2024-05-24T11:35+0400
"halal"
cəmiyyət
sertifikat
qida
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/41162/47/411624780_0:0:3012:1694_1920x0_80_0_0_2ac445fdc276dc406dbc46914a192b63.jpg
BAKI, 24 may — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İnstitutda sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir. Həmçinin qeyd edilib ki, İnstitutun "HALAL" uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib. Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq "Səhliyalı" Kiçik Müəssisəsində "OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər" standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41162/47/411624780_130:0:2861:2048_1920x0_80_0_0_438968645258ed35af00f37db1003bc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"halal", sertifikat, qida, təhlükəsizlik
"halal", sertifikat, qida, təhlükəsizlik
AQTİ halal sertifikatlaşdırma prosesinə başlayıb
11:31 24.05.2024 (Yenilənib: 11:35 24.05.2024) Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.
BAKI, 24 may — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İnstitutda sertifikatlaşdırma ilə bağlı yaradılan komitələrin üzvləri ilə görüş keçirilib.
AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, İnstitut tərəfindən halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb.
Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.
Həmçinin qeyd edilib ki, İnstitutun "HALAL" uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən müəyyən edilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna (HAK) müraciət edilib.
Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq "Səhliyalı" Kiçik Müəssisəsində "OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər" standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib.
Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.