https://sputnik.az/20240524/aileli-ve-usagi-olan-qadinlarin-isden-bir-saat-tez-cixmasi-teklif-olunur-464891250.html
Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması təklif olunur
Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması təklif olunur
Sputnik Azərbaycan
Deputat bildirib ki, "qadınlar işdən gəldikdən sonra ev işləri və övladının dərsləri ilə məşğul olurlar. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt... 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T14:49+0400
2024-05-24T14:49+0400
2024-05-24T15:28+0400
qadın
cəmiyyət
iş
saat
övlad
ailə
milli məclis
deputat
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505456_0:320:3072:2048_1920x0_80_0_0_81c19dc542533479ed44cd1a27192421.jpg
BAKI, 24 may — Sputnik. Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edirlər:"İşdən gəldikdən sonra isə ev işləri və övladının dərsləri ilə məşğul olurlar. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən həyat yoldaşının qayğıları ilə lazımınca məşğul ola bilmir, təntiyir, yorulur, əldən düşürlər. Bəzi qadınlar Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür etmək elə də çətin deyil". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505456_0:0:2731:2048_1920x0_80_0_0_871352f705a1c1ec7c871a802aa1f9b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qadın, iş, saat, övlad, ailə, milli məclis, deputat
qadın, iş, saat, övlad, ailə, milli məclis, deputat
Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması təklif olunur
14:49 24.05.2024 (Yenilənib: 15:28 24.05.2024) Deputat bildirib ki, "qadınlar işdən gəldikdən sonra ev işləri və övladının dərsləri ilə məşğul olurlar. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar.
BAKI, 24 may — Sputnik. Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edirlər:
"İşdən gəldikdən sonra isə ev işləri və övladının dərsləri ilə məşğul olurlar. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən həyat yoldaşının qayğıları ilə lazımınca məşğul ola bilmir, təntiyir, yorulur, əldən düşürlər. Bəzi qadınlar Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür etmək elə də çətin deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.