https://sputnik.az/20240523/vasinqton-ermenistana-desteyi-nece-artiracagini-arasdirir---blinken-464855408.html
Vaşinqton Ermənistana dəstəyi necə artıracağını araşdırır - Blinken
Vaşinqton Ermənistana dəstəyi necə artıracağını araşdırır - Blinken
Sputnik Azərbaycan
ABŞ-ın dövlət katibi xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə üçtərəfli görüşündə məhz... 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T12:07+0400
2024-05-23T12:07+0400
2024-05-23T12:15+0400
entoni blinken
dünya xəbərləri
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
ursula fon der lyayen
yardım
abş dövlət katibi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090125_0:0:2992:1683_1920x0_80_0_0_9a6641c17a10d97deb21e4147b63339b.jpg
BAKI, 23 may — Sputnik. Vaşinqton Ermənistana dəstəyi necə artıracağını və onun istəklərini necə təmin edəcəyini anlamağa çalışır. Bunu ABŞ dövlət katibi Antoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib. Onun sözlərinə görə, ABŞ Ermənistanla əməkdaşlığı gücləndirmək üçün nə edə biləcəyini araşdırır. Blinken xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə üçtərəfli görüşündə məhz İrəvana yardım məsələsi müzakirə olunub. ABŞ diplomatiyasının rəhbəri İrəvanla Bakı arasında mümkün sülh müqaviləsinin bağlanması məsələsinə də toxunub. O, sənədin imzalanacağına ümid etdiyini bildirib. Xatırladaq ki, aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutub. Aİ Ermənistana 270 milyon avro, ABŞ-a isə 65 milyon dollardan çox vəsait ayıracağına söz verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090125_215:0:2946:2048_1920x0_80_0_0_499bfb5f1a73e67809d7685049dd9883.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
entoni blinken, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, ursula fon der lyayen, yardım, abş dövlət katibi
entoni blinken, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, ursula fon der lyayen, yardım, abş dövlət katibi
Vaşinqton Ermənistana dəstəyi necə artıracağını araşdırır - Blinken
12:07 23.05.2024 (Yenilənib: 12:15 23.05.2024) ABŞ-ın dövlət katibi xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə üçtərəfli görüşündə məhz İrəvana yardım məsələsi müzakirə olunub.
BAKI, 23 may — Sputnik. Vaşinqton Ermənistana dəstəyi necə artıracağını və onun istəklərini necə təmin edəcəyini anlamağa çalışır. Bunu ABŞ dövlət katibi Antoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistanla əməkdaşlığı gücləndirmək üçün nə edə biləcəyini araşdırır.
Blinken xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə üçtərəfli görüşündə məhz İrəvana yardım məsələsi müzakirə olunub.
ABŞ diplomatiyasının rəhbəri İrəvanla Bakı arasında mümkün sülh müqaviləsinin bağlanması məsələsinə də toxunub. O, sənədin imzalanacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutub. Aİ Ermənistana 270 milyon avro, ABŞ-a isə 65 milyon dollardan çox vəsait ayıracağına söz verib.