https://sputnik.az/20240523/revan-sulh-sazisi-imzalamaga-hazirdir---ermenistan-xn-464870134.html
İrəvan sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
İrəvan sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, 1991-ci ildə mövcud olan sərhəd xəttini bərpa etmək üçün delimitasiya aparılmalıdır, bu halda 1991-ci ildə mövcud olan ən son... 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T19:15+0400
2024-05-23T19:15+0400
2024-05-23T19:15+0400
ermənistan xin
siyasət
delimitasiya
delimitasiya və demarkasiya
https://cdnn1.img.sputnik.az/img/41340/90/413409071_0:184:2985:1863_1920x0_80_0_0_676abd2a7ea504dc15e934138d14f66c.jpg
BAKI, 23 may — Sputnik. Ermənistan və Azərbaycanın yanaşmalarında fikir ayrılıqları var, lakin İrəvan ümid edir ki, sülh müqaviləsinin mətni üzrə razılığa nail olmaq mümkün olacaq. Bunu 24News-a müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. “Hər görüşdə tərəflərin mövqelərini bir araya gətirməyə çalışırıq”, - Kostanyan bildirib. O qeyd edib ki, İrəvan münasibətləri aydınlaşdırmağa, sülh sazişi imzalamağa və onu həyata keçirməyə hazırdır. Delimitasiya prosesinə gəlincə, o qeyd edib ki, prinsip eynidir. “1991-ci ildə mövcud olan sərhəd xəttini bərpa etmək üçün delimitasiya aparılmalıdır, bu halda 1991-ci ildə mövcud olan ən son xəritələrdən istifadə edilməlidir” - diplomat qeyd edib. Onun sözlərinə görə, hazırda iki ölkənin xarici işlər nazirlərinin yeni görüşü ilə bağlı razılıq yoxdur. Mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasına dair protokol imzalanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41340/90/413409071_126:0:2857:2048_1920x0_80_0_0_3bd61040e2823cac92f577dc0dd4ce28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan xin, delimitasiya, delimitasiya və demarkasiya
ermənistan xin, delimitasiya, delimitasiya və demarkasiya
İrəvan sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Diplomat qeyd edib ki, 1991-ci ildə mövcud olan sərhəd xəttini bərpa etmək üçün delimitasiya aparılmalıdır, bu halda 1991-ci ildə mövcud olan ən son xəritələrdən istifadə edilməlidir.
BAKI, 23 may — Sputnik. Ermənistan və Azərbaycanın yanaşmalarında fikir ayrılıqları var, lakin İrəvan ümid edir ki, sülh müqaviləsinin mətni üzrə razılığa nail olmaq mümkün olacaq. Bunu 24News-a müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Hər görüşdə tərəflərin mövqelərini bir araya gətirməyə çalışırıq”, - Kostanyan bildirib.
O qeyd edib ki, İrəvan münasibətləri aydınlaşdırmağa, sülh sazişi imzalamağa və onu həyata keçirməyə hazırdır.
Delimitasiya prosesinə gəlincə, o qeyd edib ki, prinsip eynidir.
“1991-ci ildə mövcud olan sərhəd xəttini bərpa etmək üçün delimitasiya aparılmalıdır, bu halda 1991-ci ildə mövcud olan ən son xəritələrdən istifadə edilməlidir” - diplomat qeyd edib.
Onun sözlərinə görə, hazırda iki ölkənin xarici işlər nazirlərinin yeni görüşü ilə bağlı razılıq yoxdur.
Mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasına dair protokol imzalanıb.