CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin nüfuzuna xələl gətirən səs və videolar paylaşmaq qadağan edildi

© iStock.com / alexeyrumyantsevMüəllim
Müəllim - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Abunə olmaq
Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışına görə, müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
BAKI, 23 may — Sputnik. Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.
Sputnik Azərbaycan-ın məlumata görə, bu, yeni təsdiqlənən "Təhsilverənlərin etik davranış Qaydaları"nda öz əksini tapıb.
Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışına görə, müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
Eyni zamanda təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.
Xəbər lenti
0