https://sputnik.az/20240523/masalli-sakininden-10-kq-narkotik-goturulub-463835630.html
İranla Qaradağ rayonunu nə birləşdirir? Narkotacirlər iş başında
İranla Qaradağ rayonunu nə birləşdirir? Narkotacirlər iş başında
Sputnik Azərbaycan
Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ... 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T17:05+0400
2024-05-23T17:05+0400
2024-05-23T13:53+0400
narkotik
cəmiyyət
masallı
masallı rayonu
din
din
əməliyyat
polis
polis
polis
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455196020_0:0:1280:721_1920x0_80_0_0_b74e19958095163f3ebed40ef92d2a94.jpg
BAKI, 23 may — Sputnik. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin (İran) vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər. E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. 09.04.24, 17:40Astaralı narkotik tacirləri hesablaşmanı bank kartları ilə aparıblarPolis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir. Bu barədə DİN-dən bildirilib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Astara rayonunda keçirilən növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıblar. Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.09.04.24, 16:53Masallı sakinindən 10 kq narkotik götürülübMasallı sakininində 10 kiloqram narkotik aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır. Xatırladaq ki, aprelin 6-7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/18/455196020_167:0:1131:723_1920x0_80_0_0_7abc9bf5329d2f0a09bdfaf4cc24ac42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, masallı, masallı rayonu, din, din, əməliyyat, polis, polis, polis, polis
narkotik, masallı, masallı rayonu, din, din, əməliyyat, polis, polis, polis, polis
İranla Qaradağ rayonunu nə birləşdirir? Narkotacirlər iş başında
Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
BAKI, 23 may — Sputnik. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar.
Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb.
Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin (İran) vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Astaralı narkotik tacirləri hesablaşmanı bank kartları ilə aparıblar
Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.
Bu barədə DİN-dən bildirilib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Astara rayonunda keçirilən növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıblar. Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Masallı sakinindən 10 kq narkotik götürülüb
Masallı sakininində 10 kiloqram narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 6-7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək olub.