CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan zəlzələ vaxtı köhnə "07"-si ilə yardım daşıyan Sərvəri mükafatlandırdı

© AP Photo / Pavel GolovkinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Abunə olmaq
Ankarada Prezident Kompleksində keçirilən mükafatlandırma mərasimində çıxış edən Türkiyə lideri bildirib ki, dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan yaxşı insanların üzərində dayanır.
BAKI, 23 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan köhnə avtomobilində ölkədəki dəhşətli zəlzələdən zərərçəkənlərə humanitar yardım aparan azərbaycanlı Sərvər Bəşirliyə "Sədaqət Mükafatı" (Vəfa Ödülü) verildiyini elan edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, 2023-cü ilin fevral ayında Azərbaycan sakini qardaş ölkədə təbii fəlakət zonasının sakinləri üçün yardım aparan ilk şəxslərdən biri olub. Daha sonra o, Türkiyənin Adıyaman şəhərində xilasetmə əməliyyatında şəxsən iştirak edib.
Ankarada Prezident Kompleksində keçirilən mükafatlandırma mərasimində çıxış edən Türkiyə lideri bildirib ki, dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan yaxşı insanların üzərində dayanır.
Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyənin "Sədaqət Mükafatı"na layiq görülən iki əcnəbidən biri olub.
Xəbər lenti
0