SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dünyanın nikel nəhəngi: Yeni Kaledoniya kimə və niyə lazımdır?

© AFP 2024 / THEO ROUBYYeni Kaledoniya
Yeni Kaledoniya - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Abunə olmaq
Yeni Kaledoniyadakı etirazlar əslində Fransa hakimiyyəti tərəfindən qəbul edilmiş qərarlardan sonra şiddətlənib.
BAKI, 23 may — Sputnik. Fransa müstəmləkəsi Yeni Kaledoniyada işlər heç də hamar deyil. Artıq bir həftədən çoxdur ki, Fransa müstəmləkəsi olan Sakit okeanın bu kiçik adasında iğtişaşlar səngimək bilmir. Məhz bu iğtişaşlar nəticəsində 6 nəfər həyatının itirib, yüzlərlə insan yaralanıb. Makron hökuməti adada sabitliyin tezliklə bərqərar olmasını istəyir. Eyni zamanda Fransa hakimiyyət dairələri Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı ittiham edirlər.
Azərbaycan tərəfi isə Fransanın bu ittihamlarının əsassız hesab edir. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmananın fikirləri ilə bağlı açıqlamasında bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və rəsmi Bakı tərəfdən qətiyyətlə rədd edilib.
Ekspertlərin Yeni Kaledoniyada baş verənlərə yanaşması isə fərqlidir. Yeni Kaledoniyadakı etirazlar əslində Fransa hakimiyyəti tərəfindən qəbul edilmiş qərarlardan sonra şiddətlənib. Qeyd edək ki, Yeni Kaledoniya Fransa qanunları ilə idarə olunur. Müxtəlif dövrlərdə dəfələrlə adanın taleyi ilə bağlı referendum keçirilib. Elektoratın az fərqlə böyük hissəsi Fransanın tərkibində qalmağa səs verib.
Bir qrip ekspertə görə isə, əslində Yeni Kaledoniyada baş verənlər daha böyük qlobal güclərin toqquşmasıdır.
Fransanın Afrikada üzləşdiyi rüsvayçılıqdan sonra, indi də Sakit okeanda yerləşən bu kiçik ada dövləti Parisin hakimiyyətini qəbul etməkdən imtina edir. Fransa bütün coğrafiyalardakı məğlubiyyətini birilərinin boynuna atmaqla əslində diqqəti yayındırır. Rəsmi Paris də yaxşı anlayır ki, Azərbaycanın Yeni Kaledoniyaya dəstəyi etirazların qaynağı ola bilməz.
Politoloq Elşən Manafovun fikrincə, Yeni Kaledoniyada baş verənlər kanak xalqının Makron hakimiyyətinin müstəmləkə siyasətinə etirazıdır. Onun sözlərinə görə, rəsmi Bakı Yeni Kaledoniyada baş verənlərə beynəlxalq hüququn prinsipləri ilə yanaşır: "Rəsmi Bakı hesab edir ki, Fransa hakimiyyəti xalqların öz müqəddəratını təmin etmək hüququna əsaslanaraq problemləri həll etməlidir. Yeni Kaledoniyanın problemlərini Bakı yox, Bakı Təşəbbüs Qrupu qaldırır. Hətta ötən ilin dekbrında Türkiyədə həmin təşkilatın xətti ilə beynəlxalq tədbir keçirilmişdi. Həmin tədbirdə də biz dediklərimiz əksini tapmışdı. Fransada düşünürlər ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin arxasında rəsmi Bakının mövqeyi dayanır. Məhz Azərbaycanın mövqeyinin Bakı Təşəbbüs Qrupu ilə üst-üstə düşməsinə görə Azərbaycan hədəf alınır".
Politoloq qeyd edir ki, Fransa özü ATƏT-in Minsk Qrupunda həmsədr olduğu dövrdə münaqişənin tənzimlənməsi üçün obyektiv mövqe sərgiləməyib: "Həm ABŞ, həm Fransanın fəaliyyətsizliyinə görə Minsk Qrupunun fəaliyyəti səmərəsiz olmuşdu. Bu gün Cənubi Qafqazda yeni reallıqlrın olması Fransa və ABŞ-ı narahat edir. Onlar Rusiyanın Şərqi Avropada başının qarışmasından istifadə edib nüfuzlarını artırmağa, Rusiyanı bölgədən çıxarmağa çalışırlar. Azərbaycan lideri Cənubi Qafqazda kifayət qədər müstəqil siyasət yeridir. Gürcüstan və Ermənistandan fərqli olaraq Qərbin Azərbaycanla təhdid dilində danışmaq cəhdləri bir səmərə vermir".
Elşən Manafov bildirir ki, Fransa təkcə Yeni Kaledoniyada deyil, Afrika qitəsində mövqelərini itirib: "Bu da Makron iqtidarını həyata keçirdiyi siyasətlə bağlıdır. Kaledoniyada baş verənlərin uğur qazanması Fransanı ona görə narahat edir ki, bu digər xalqlara da impuls verə bilər. Fransa narahatdır ki, baş verənlər onun digər müstəmləkələrinə də keçə bilər".
Qeyd edək ki, Yeni Kaledoniyanın iqtisadiyyatı böyük ölçüdə xidmətlərdən, nikel hasilatından və Fransadan gələn subsidiyalardan asılıdır.
Biz əgər münaqişələrə resurslar uğrunda mübarizə kimi baxsaq, burada Yeni Kaledoniyada hasil edilən nikelə diqqət etməliyik. Yeni Kaledoniya dünya üzrə ən çox nikel ehtiyatlarına malik olan ölkələrdən biridir. Nikel kimyəvi element, sərt və çevik keçid metalıdır. Əsasən yüksək dərəcəli polad və batareyalar istehsalı üçün istifadə olunur. Nikel hasilatı sahəsində əsas ölkələrə İndoneziya, Filippin, Rusiya və Yeni Kaledoniyadır. Yəni, bu gün nikel kimə lazımdırsa, Yeni Kaledoniya da ona lazımdır.
Xəbər lenti
0