DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin avtomobil ixracında ABŞ və Meksikanı geridə qoydu

© AP Photo / Ng Han GuanÇində avtomobil istehsalı zavodu,a rxiv
Çində avtomobil istehsalı zavodu,a rxiv  - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Abunə olmaq
Çin qlobal avtomobil bazarında ən nəzərəçarpacaq artımla rəqiblərindən irəli keçib.
BAKI, 23 may — Sputnik. Ötən ilin sonunda Çin dünya bazarlarına avtomobil tədarükünə görə, pul ifadəsində ABŞ və Meksikanı geridə qoyub.
Bu barədə "RİA Novosti" açıq məlumatlara əsaslanan hesablamalara istinadən xəbər verib.
Belə ki, ölkə tədarükçülər reytinqində 8,4% payla üçüncü yeri tutub. Almaniya və Yaponiya lider olaraq qalırlar. Bununla yanaşı, Çin qlobal avtomobil bazarında ən nəzərəçarpacaq - 2,1 faizlik artıma malik dövlət olub.
"Rusiya 2023-cü ildə 95 milyon dollar dəyərində avtomobil ixrac edib. Əsas alıcılar isə Qazaxıstan (51%), Ermənistan (10%) və Azərbaycan (9%) olublar" - xəbər agentliyi əlavə edib.
Daha əvvəl avtoekspert Leonid Xazanov Rusiyada yolsuzluq avtomobillərinin niyə sevildiyini (alışların həcminə görə) izah edib. O, Rusiyanın regionlarında yolların müxtəlif şəraitinə diqqət çəkib.
Xəbər lenti
0