https://sputnik.az/20240523/bosanmalar-meselesine-milli-meclisde-baxilacaq-komite-sedri-464527100.html
Ən çoxu Naftalanda, ən azı Ordubadda - Azərbaycanda qəribə boşanma statistikası
Ən çoxu Naftalanda, ən azı Ordubadda - Azərbaycanda qəribə boşanma statistikası
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsi Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonların siyahısını təqdim edib. 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T18:30+0400
2024-05-23T18:30+0400
2024-05-23T17:25+0400
boşanma
milli məclis
cəmiyyət
ədliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036434_0:113:3071:1840_1920x0_80_0_0_5588039576d04d67ad8e634998e6fdbc.jpg
BAKI, 23 may — Sputnik. 2024-cü ilin birinci rübündə (yanvar-mart aylarında) Azərbaycan Respublikasında 5124 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm ölkə üzrə əhalinin hər 1000 nəfərindən 2-sinin boşanması deməkdir. Bəs bu il ən çox və ən az boşanmalar Azərbaycanın hansı bölgələrində qeydə alınıb? Sputnik Azərbaycan Modern.az istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ən çox boşanma Naftalan şəhərinin payına düşür. Burada əhalinin hər 1000 nəfərindən 4,7-si boşanıb. Ən çox boşanma sayına görə ilk "10-luq"da sonrakı yerlər aşağıdakı kimidir: Xankəndidə - hər 1000 nəfərdən 4,6-sı; Yasamalda - hər 1000 nəfərdən 4,1-i; Suraxanıda - hər 1000 nəfərdən 3,8-i; Zəngilanda - hər 1000 nəfərdən 3,8-i; Şahbuzda - hər 1000 nəfərdən 3,3-ü; Nərimanovda - hər 1000 nəfərdən 3,3-ü; Mingəçevirdə - hər 1000 nəfərdən 3,2-si; Daşkəsəndə - hər 1000 nəfərdən 3,1-i; Xətaidə - hər 1000 nəfərdən 3,1-i. Rəsmi məlumata görə, Azərbaycanda ən az boşanma Ordubad rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərindən 0,7-si boşanıb. Ən az boşanma sayına görə ilk "10-luq"da sonrakı yerlər aşağıdakı kimidir: Sabirabadda - hər 1000 nəfərdən 1-i; Cəlilabadda - hər 1000 nəfərdən 1-i; Gədəbəydə - hər 1000 nəfərdən 1-i; İsmayıllıda - hər 1000 nəfərdən 1-i; Biləsuvarda - hər 1000 nəfərdən 1,1-i; Qubada - hər 1000 nəfərdən 1,1-i; Abşeronda- hər 1000 nəfərdən 1,2-si; Xızıda - hər 1000 nəfərdən 1,2-si; Qobustanda - hər 1000 nəfərdən 1,2-si. 10.05.24, 14:51Boşanmalar məsələsinə Milli Məclisdə baxılacaq - Komitə sədriMay ayının sonuna yaxın parlamentdə növbəti məlumatı təqdim edəcəyik. Orada boşanmalar, erkən nikah və cəmiyyəti narahat edən digər məsələlərlə bağlı informasiyalar veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək. Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036434_280:0:3011:2048_1920x0_80_0_0_f163fc785744caec207bed6802b31e2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boşanma, milli məclis, ədliyyə nazirliyi
boşanma, milli məclis, ədliyyə nazirliyi
Ən çoxu Naftalanda, ən azı Ordubadda - Azərbaycanda qəribə boşanma statistikası
Dövlət Statistika Komitəsi Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonların siyahısını təqdim edib.
BAKI, 23 may — Sputnik. 2024-cü ilin birinci rübündə (yanvar-mart aylarında) Azərbaycan Respublikasında 5124 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm ölkə üzrə əhalinin hər 1000 nəfərindən 2-sinin boşanması deməkdir.
Bəs bu il ən çox və ən az boşanmalar Azərbaycanın hansı bölgələrində qeydə alınıb?
Sputnik Azərbaycan Modern.az istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ən çox boşanma Naftalan şəhərinin payına düşür. Burada əhalinin hər 1000 nəfərindən 4,7-si boşanıb.
Ən çox boşanma sayına görə ilk "10-luq"da sonrakı yerlər aşağıdakı kimidir:
Xankəndidə - hər 1000 nəfərdən 4,6-sı;
Yasamalda - hər 1000 nəfərdən 4,1-i;
Suraxanıda - hər 1000 nəfərdən 3,8-i;
Zəngilanda - hər 1000 nəfərdən 3,8-i;
Şahbuzda - hər 1000 nəfərdən 3,3-ü;
Nərimanovda - hər 1000 nəfərdən 3,3-ü;
Mingəçevirdə - hər 1000 nəfərdən 3,2-si;
Daşkəsəndə - hər 1000 nəfərdən 3,1-i;
Xətaidə - hər 1000 nəfərdən 3,1-i.
Rəsmi məlumata görə, Azərbaycanda ən az boşanma Ordubad rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərindən 0,7-si boşanıb.
Ən az boşanma sayına görə ilk "10-luq"da sonrakı yerlər aşağıdakı kimidir:
Sabirabadda - hər 1000 nəfərdən 1-i;
Cəlilabadda - hər 1000 nəfərdən 1-i;
Gədəbəydə - hər 1000 nəfərdən 1-i;
İsmayıllıda - hər 1000 nəfərdən 1-i;
Biləsuvarda - hər 1000 nəfərdən 1,1-i;
Qubada - hər 1000 nəfərdən 1,1-i;
Abşeronda- hər 1000 nəfərdən 1,2-si;
Xızıda - hər 1000 nəfərdən 1,2-si;
Qobustanda - hər 1000 nəfərdən 1,2-si.
Boşanmalar məsələsinə Milli Məclisdə baxılacaq - Komitə sədri
May ayının sonuna yaxın parlamentdə növbəti məlumatı təqdim edəcəyik. Orada boşanmalar, erkən nikah və cəmiyyəti narahat edən digər məsələlərlə bağlı informasiyalar veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.