https://sputnik.az/20240523/bas-prokuror-mislide-itkin-dusen-rasimle-bagli-gosteris-verdi-464861748.html
Baş prokuror İmişlidə itkin düşən Rasimlə bağlı göstəriş verdi
Baş prokuror İmişlidə itkin düşən Rasimlə bağlı göstəriş verdi
Sputnik Azərbaycan
Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun istintaq idarəsində davam etdiriləcək. 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T15:18+0400
2024-05-23T15:18+0400
2024-05-23T15:39+0400
baş prokuror
cəmiyyət
kamran əliyev
kamran əliyev
istintaq
istintaq-əməliyyat tədbirləri
imişli
imişli rayonu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107331_0:319:3074:2048_1920x0_80_0_0_1636bdacb7350fb84a3b8b9ef2cb7897.jpg
BAKI, 23 may — Sputnik. Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə APA-ya, zərəçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi Samir Zeynalov məlumat verib. Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olublar: "Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz Baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun istintaq idarəsində davam etdiriləcək. Buna görə Baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk". Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107331_0:0:2731:2048_1920x0_80_0_0_7305bb574d8e8fc664962acce345fd72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokuror, kamran əliyev, kamran əliyev, istintaq, istintaq-əməliyyat tədbirləri, imişli, imişli rayonu
baş prokuror, kamran əliyev, kamran əliyev, istintaq, istintaq-əməliyyat tədbirləri, imişli, imişli rayonu
Baş prokuror İmişlidə itkin düşən Rasimlə bağlı göstəriş verdi
15:18 23.05.2024 (Yenilənib: 15:39 23.05.2024) Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun istintaq idarəsində davam etdiriləcək.
BAKI, 23 may — Sputnik. Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə APA-ya, zərəçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi Samir Zeynalov məlumat verib.
Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olublar:
"Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz Baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun istintaq idarəsində davam etdiriləcək. Buna görə Baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk".
Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.