https://sputnik.az/20240523/azerbaycanda-unun-qiymeti-bahalasdi-novbe-coreyindir-464857136.html
Azərbaycanda unun qiyməti bahalaşdı, növbə çörəyindir
Azərbaycanda unun qiyməti bahalaşdı, növbə çörəyindir
Sputnik Azərbaycan
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov bildirib ki, unun qiyməti son 10 gündə hər gün 20-50 qəpik bahalaşır. 23.05.2024, Sputnik Azərbaycan
2024-05-23T11:01+0400
2024-05-23T11:01+0400
2024-05-23T16:17+0400
cəmiyyət
un
çörək
çörək bişirmə sexi
rusiya
buğda
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476036_0:0:3073:1728_1920x0_80_0_0_4213a9b0d954f96043aa20d4749c121c.jpg
BAKI, 23 may — Sputnik. Azərbaycanda unun qiyməti bahalaşıb. Bu barədə un və çörək məmulatlarının satışı və istehsalı ilə məşğul olan MMC-lərin rəhbərləri məlumat veriblər. "Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiymətində 2 manat 10 qəpik bahalaşma var: V.Ələsgərov bahalaşmanın iyun ayının ortalarınadək davam edəcəyinin gözlənildiyini söyləyib. Əlavə edib ki, ölkəmizdə taxıl biçinindən sonra qiymətlərdə ucuzlaşma gözlənilir. Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda unun bahalaşması barədə xəbərlər yayılıb. Məlumata görə, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Qiymət artımını satıcılar da təsdiqləyiblər. Səbibini isə Rusiyanın buğdanın qiymətini bahalaşdırması ilə əlaqələndiriblər. "Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov isə Sputnik Azərbaycan-a bildirib ki, unun qiymətində bahalaşma belə davam edərsə, çörəyin qiyməti də bahalaşacaq: Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı. Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu. 2022-ci ilin avqust ayında isə unun qiymət 40 manat 70 qəpiyə qalxdı. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik oldu. Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42247/60/422476036_0:0:2731:2048_1920x0_80_0_0_2b2a758f2265ab4acbebc18535eeda43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
un, çörək, çörək bişirmə sexi, rusiya, buğda
un, çörək, çörək bişirmə sexi, rusiya, buğda
Azərbaycanda unun qiyməti bahalaşdı, növbə çörəyindir
11:01 23.05.2024 (Yenilənib: 16:17 23.05.2024) "Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov bildirib ki, unun qiyməti son 10 gündə hər gün 20-50 qəpik bahalaşır.
BAKI, 23 may — Sputnik. Azərbaycanda unun qiyməti bahalaşıb. Bu barədə un və çörək məmulatlarının satışı və istehsalı ilə məşğul olan MMC-lərin rəhbərləri məlumat veriblər.
"Dəvəçi-Dəyirman" MMC-nin səlahiyyətli nümayəndəsi Vidadi Ələsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, unun qiymətində 2 manat 10 qəpik bahalaşma var:
"50 kiloqramlıq unun qiyməti 26 manat 80 qəpik olub. Bahalaşmadan öncə isə qiymət 24 manat 70 qəpik idi. 50 kiloqramlıq əla növ unun qiymətində 2 manat 10 qəpik bahalaşma olub. Səbəbi isə Rusiyanın taxılın qiymətini bahalaşdırmasıdır. Taxılı bir tonunda 30-40 ABŞ dolları bahalaşma var".
V.Ələsgərov bahalaşmanın iyun ayının ortalarınadək davam edəcəyinin gözlənildiyini söyləyib. Əlavə edib ki, ölkəmizdə taxıl biçinindən sonra qiymətlərdə ucuzlaşma gözlənilir.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda unun bahalaşması barədə xəbərlər yayılıb. Məlumata görə, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.
Qiymət artımını satıcılar da təsdiqləyiblər. Səbibini isə Rusiyanın buğdanın qiymətini bahalaşdırması ilə əlaqələndiriblər.
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov isə Sputnik Azərbaycan-a bildirib ki, unun qiymətində bahalaşma belə davam edərsə, çörəyin qiyməti də bahalaşacaq:
"50 kiloqramlıq əla növ unun qiyməti 27 manat 15 qəpikdir. Bahalaşmadan öncə isə unun kisəsi 25 manat idi. Əgər qiymət artımı davamlı olarsa, çörəyin də qiymətinin artması qaçılmazdır. Hazırda çörəyin qiymətini dövlət tənzimləyir. Amma unun qiyməti son 10 gündə hər gün 20-50 qəpik bahalaşır. Bizə bildirirlər ki, buğda azdır, qiymət də ona görə bahalaşır".
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu.
2022-ci ilin avqust ayında isə unun qiymət 40 manat 70 qəpiyə qalxdı. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik oldu.
Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi.