Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan ötən il xaricdən borc almayıb

© Sputnik / Murad OrujovDollar və manat əskinasları
Dollar və manat əskinasları - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Abunə olmaq
Hesablama Palatasının sədri bildirib ki, ötən il daxili borclanma ilə bağlı limit isə 1,8 milyard manat müəyyən edilmişdi.
BAKI, 23 may — Sputnik. 2023-cü ildə Azərbaycanda xarici borclanma ilə bağlı 750 milyon manat ekvivalentində limit müəyyən edilsə də, borc cəlb edilməyib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Ötən il daxili borclanma ilə bağlı limit isə 1,8 milyard manat müəyyən edilmişdi, bunun da 1,7 milyard manatından istifadə olunub", - deyə o qeyd edib.
Xəbər lenti
0