DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın dövlət borcunun rekord həddə çatacağı proqnozlaşdırılır

© AP Photo / Mark LennihanDollar əskinasları
Dollar əskinasları - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Abunə olmaq
ABŞ-nin dövlət borcu 2054-cü ildə ÜDM-in 166 faizini təşkil edəcək.
BAKI, 23 may — Sputnik. ABŞ Konqresinin büdcə idarəsi ölkənin dövlət borcunun 2054-cü ilədək ümum daxili məhsulun (ÜDM) 166 faizini təşkil edəcəyini proqnozlaşdırır ki, bu da ölkə üçün rekord göstəricidir.
Bu barədə ABŞ Konqresinin büdcə idarəsinin dərc etdiyi məlumatda deyilir.
Məlumatlara əsasən ABŞ-nin dövlət borcu 2054-cü ildə ÜDM-in 166 faizini təşkil edəcək.
Qeyd olunub ki, ABŞ-nin dövlət borcu qeydə alınmış rekord göstəricilərini ötəcək və artmağa davam edəcək.
Həmçinin o da qeyd olunub ki, ABŞ-də özəl investisiyalar azalarsa və ya dövlət gəlirləri və xərcləri 30 il ərzində orta göstəricilərdə saxlanılarsa, ölkənin dövlət borcu 2054-cü ildə ÜDM-in 250 faizini də ötə bilər.
Xatırladaq ki, yanvar ayının əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları ötüb. Ötən il ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb.
Xəbər lenti
0