https://sputnik.az/20240522/turkiyede-bundan-sonra-seferberliyi-prezident-elan-edecek-464827066.html
Türkiyədə bundan sonra səfərbərliyi prezident elan edəcək
Türkiyədə bundan sonra səfərbərliyi prezident elan edəcək
Sputnik Azərbaycan
Ərdoğanın imzaladığı fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət... 22.05.2024, Sputnik Azərbaycan
2024-05-22T11:23+0400
2024-05-22T11:23+0400
2024-05-22T11:30+0400
türkiyə
dünya xəbərləri
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
səfərbərlik
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194895_0:160:3070:1887_1920x0_80_0_0_c340c15ed0f739b30d15a6f0d4afaea8.jpg
BAKI, 22 may — Sputnik. Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti ölkə prezidentinə verilib. Müvafiq fərman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət haqqında Əsasnamə" qüvvəyə minib. Əsasnaməyə görə, Türkiyədə müharibəni labüd edən vəziyyət yarandıqda, ölkəyə qarşı üsyan, qiyam baş verdikdə, daxildə və xaricdə ölkənin bütövlüyü və xalqın birliyi üçün təhdid kimi hallar baş verdikdə Türkiyə prezidenti ümumi və ya qismən səfərbərlik elan etmək səlahiyyətinə malikdir. Qeyd edək ki, bundan əvvəl Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti Nazirlər Şurasına məxsus idi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194895_171:0:2900:2047_1920x0_80_0_0_d258d4b5c1afe10e877d030c55a2f1ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, səfərbərlik, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
türkiyə, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, səfərbərlik, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Türkiyədə bundan sonra səfərbərliyi prezident elan edəcək
11:23 22.05.2024 (Yenilənib: 11:30 22.05.2024) Ərdoğanın imzaladığı fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət haqqında Əsasnamə" qüvvəyə minib.
BAKI, 22 may — Sputnik. Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti ölkə prezidentinə verilib.
Müvafiq fərman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət haqqında Əsasnamə" qüvvəyə minib.
Əsasnaməyə görə, Türkiyədə müharibəni labüd edən vəziyyət yarandıqda, ölkəyə qarşı üsyan, qiyam baş verdikdə, daxildə və xaricdə ölkənin bütövlüyü və xalqın birliyi üçün təhdid kimi hallar baş verdikdə Türkiyə prezidenti ümumi və ya qismən səfərbərlik elan etmək səlahiyyətinə malikdir.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti Nazirlər Şurasına məxsus idi.