CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 22 may – FOTO

© Sputnik / Elnur Salayev22 may
22 may  - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 22 may — Sputnik. Mayın 22-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 22-də kim anadan olub?
Mehdi Məmmədov (1918-1985) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyoru, rejissordur. Aktyor "Onu bağışlamaq olarmı?", "Azəri teatrının ustaları", "Cavidi xatırlarkən" və s. filmlərdə rol alıb.
© Photo : Azerbaijan State Theater MuseumMehdi Məmmədov
Mehdi Məmmədov  - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Mehdi Məmmədov
Aqşin Əlizadə (1937 - 2014) - Azərbaycan SSR xalq artisti və bəstəkardır. O, Azərbaycan baletinin inkişafına mühüm töhfə verib. Bəstəkarın əsas əsərləri "Babək", "Qafqaza səyahət", "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar"dır. O, Azərbaycanda ilk dəfə 1979-cu ildə İlya Selvinskinin poeması əsasında yaradılmış "Babək" baletinin yaradıcısıdır.
CC BY-SA 3.0 / Jujujuik / Akshin AlizadeAqşin Əlizadə
Aqşin Əlizadə  - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Aqşin Əlizadə
Rixard Vaqner (1813-1883) - alman bəstəkarı və dirijorudur. O, Avropa musiqi mədəniyyətinə, xüsusən alman musiqisinə, əsas da opera və simfonik janrların inkişafına əhəmiyyətli təsir göstərmiş operanın əsas reformatorudur. Bəstəkar "Tristan və İzolda", "Nibelunq üzüyü" və "Longren" operalarının müəllifidir.
© AP Photo / TrinquartRixard Vaqner
Rixard Vaqner  - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Rixard Vaqner
Artur Konan Doyl (1859-1930) - İrlandiya əsilli ingilis yazıçısı, çoxsaylı macəra, tarixi, publisistik, fantaziya və yumoristik əsərlərin müəllifidir. O,"Şerlok Holms haqqında qeydlər" kitabının müəllifidir.
© AP PhotoArtur Konan Doyl 1923-cü ildə
Artur Konan Doyl 1923-cü ildə - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Artur Konan Doyl 1923-cü ildə
Viktor Ponedelnik (1937 - 2020) - sovet futbolçusu və SSRİ əməkdar idman ustasıdır. O, Rostov Mərkəzi Ordu İdman klubundakı və SSRİ milli komandasındakı çıxışları ilə tanınıb. Futbolçusu 1960-cı il Avropa çempionatının finalında "qızıl qol"un müəllifidir (1965). Sonradan o, jurnalist, həftəlik "Futbol - Xokkey" jurnalının baş redaktoru vəzifəsində çalışıb.
© Sputnik / Yuri Somov / Mediabanka keçidViktor Ponedelnik
Форвард сборной СССР Виктор Понедельник - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Viktor Ponedelnik
Naomi Kempbell (1970) - britaniyalı supermodel, aktrisa və müğənnidir. O, 15 yaşından etibarən podiumlarda işləyir. Supermodel "Vogue" və "Time" jurnallarının fransız və ingilis nəşrlərinin üz qabığında görünən ilk qaradərili qız olub.
© AFP 2023 / ANGELA WEISSNaomi Campbell
Модель Наоми Кэмпбелл на гала-концерте Met Gala 2022 в Метрополитен-музее в Нью-Йорке, 2 мая 2022 года - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Naomi Campbell
Sergey Jukov (1976) rusiyalı müğənni, musiqiçi, solist və "Əllər yuxarı!" ("Ruki Vverx") pop qrupunun rəhbəridir.
© Sputnik / Михаил Воскресенский / Mediabanka keçidSergey Jukov
Солист группы Руки Вверх Сергей Жуков перед началом концерта Танцы! Ёлка! Муз-ТВ! на сцене Adrenaline Stadium в Москве - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Sergey Jukov
Andrey Çadov (1980) - Rusiya teatr və kino aktyorudur. O, "Arzularının dalınca qaçmaq", "Utanmaz", "Mükəmməl cütlük" və s. bir çox obrazları canlandırıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidAndrey Çadov
Andrey Çadov  - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Andrey Çadov
Brendon Stoun (1980) – gürcü müğənnisi, musiqiçisi və bəstəkarıdır. O, 2005-2010-cu illərdə "Yeni dalğa" beynəlxalq mahnı müsabiqəsinin musiqili səs prodüseridir.
© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidBrendon Stoun
Brendon Stoun - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Brendon Stoun
Novak Cokoviç (1987) - serbiyalı tennisçisi və Böyük Dəbilqə turnirlərinin dəfələrlə qalibidir. O, Tennis tarixinin ən yaxşı oyunçusu hesab olunur.
© AFP 2023 / MARCO BERTORELLONovak Cokoviç
Новак Джокович, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Novak Cokoviç
22 May tarixində dünyada baş verən tarixi hadisələr
1846-cı ildə Nyu Yorkda "Associated Press" xəbər agentliyi yaradılıb.
1892-ci ildə Nyu-Londondan olan amerikalı həkim Vaşinqton Şeffild diş pastası qablaşdırılmasının patentini alıb.
1906-cı ildə ABŞ-dan olan Rayt qardaşları öz uçuş aparatları üçün patent alıblar.
1921-ci ildə Çikaqo şəhəri qısa ətəklərdə və çılpaq qollarda küçələrə çıxan qadınları 10-100 dollar məbləğində cərimələmək qərarına gəlib.
1995-ci ildə BMT Baş Assambleyası mayın 22-ni Bioloji Müxtəliflik Günü elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0