DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirilib

© AFP 2023 / ANDREAS SOLAROQuido Krosetto
Quido Krosetto - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
İtaliyanın Baş naziri Ciorcia Meloni sosial media hesabından etdiyi paylaşımda Quido Krosettonun tezliklə sağalmasını arzulayıb.
BAKI, 22 may — Sputnik. İtaliyanın müdafiə naziri Quido Krosetto xəstəxanaya yerləşdirilib.
İtaliya Prezidenti Sercio Mattarellanın sədrliyi ilə keçirilən Ali Müdafiə Şurasının iclasında səhhəti pisləşən nazir təcili yardım maşını ilə paytaxt Romadakı San Karlo di Nansi xəstəxanasına aparılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni sosial media hesabından etdiyi paylaşımda Quido Krosettonun tezliklə sağalmasını arzulayıb.
Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini də həmkarının ən qısa zamanda səhhətinə qovuşmasını arzuladığını bildirib.
Xatırladaq ki, Quido Krosetto bu ilin fevralında da ürək problemlərinə görə xəstəxanaya yerləşdirilmişdi.
Xəbər lenti
0