DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Siyarto: Qərb qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsinə gətirib çıxaracaq

© Photo : X / Péter SzijjártóMacarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib
Macarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Diplomat Ukraynaya qoşun göndərilməsi barədə bəyanatları axmaqlıq adlandırıb.
BAKI, 22 may — Sputnik. Qərb ölkələrinin ordularının Ukraynadakı münaqişəyə birbaşa müdaxiləsi yeni dünya müharibəsinin başlamasına səbəb olacaq.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ammanda iordaniyalı həmkarı Ayman Safadi ilə danışıqlardan sonra mətbuat konfransında çıxışı zamanı deyib.
Diplomat həmçinin bildirib ki, Avropa ölkələrinin nüvə silahından istifadə etməsi dünya münaqişəyə səbəb olacaq.
"Biz bütün Avropanı və bütün dünyanı müharibəyə cəlb etmək cəhdlərindən yorulmuşuq" - Siyarto qeyd edib.
Bu yaxınlarda Macarıstanın xarici işlər naziri Ukraynaya qoşun göndərilməsi barədə bəyanatları axmaqlıq adlandırıb.
Xəbər lenti
0