Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sanksiya mübadiləsi: ABŞ ilə Çin arasında ticarət müharibəsinin dünya üçün nəticələri

© AP Photo / The New York Times\Doug MillsCO Bayden və Si Cinpin
CO Bayden və Si Cinpin - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini ABŞ-ı Pekin və Moskva arasında ikitərəfli əməkdaşlığa qarışmamağa çağırıb.
BAKI, 22 may — Sputnik. ABŞ və Çinin ticarət və istehsal sahəsindəki rəqabəti, dünyanın ən böyük iki iqtisadiyyatının bir-birinə qarşı sanksiyalar tətbiq etməsi ilə yeni səviyyəyə çatır.
Belə ki, ötən bazar ertəsi Çin Ticarət Nazirliyi üç ABŞ şirkətinə - "General Atomics Aeronautical Systems", "General Dynamics Land Systems" və "Boeing Defence, Space & Security"yə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, sanksiyalar onların Tayvanla silah ticarətinə görə tətbiq edilir.
Çin Ticarət Nazirliyinin qərarında qeyd edilir ki, bundan sonra bu şirkətlərə Çindən məhsul idxalı və ixracı, ölkəyə sərmayə qoyması, top menecerlərin isə Çinə girişi və yaşayış icazəsi alması qadağan edilib.
Xatırladaq ki, 2024-cü ilin əvvəlində Çin hakimiyyəti Tayvana silah və hərbi texnika tədarükündə günahlandırılan bir sıra ABŞ şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib. Sanksiyalar nəticəsində bu şirkətlərin ÇXR ərazisindəki aktivləri dondurulub.
Bu yaxınlarda, mayın 14-də ABŞ-ın Ticarət Nazirliyi kvant və nüvə enerji texnologiyaları, həmçinin pilotsuz təyyarələri ilə məşğul olan 37 Çin şirkətini "İxrac nəzarəti haqqında əsasnamə"nin, yəni sanksiya məhdudiyyətləri tətbiq ediləcəyi təşkilatların siyahısına daxil edib.
© AFP 2024 / EMMANUEL DUNANDVol stritdəki öküz
Бык с Уолл-Стрит, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Vol stritdəki öküz
Bu qurumlara qarşı məhdudiyyətlər "ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqlarına" zidd olan fəaliyyəti ilə əlaqədar tətbiq edilib.
2021-ci ildə ABŞ hökuməti Çinin Sincan-Uyğur Muxtar vilayətində (SUMV) istehsal olunan malların idxalını məhdudlaşdıran qanun qəbul edib.
Bundan sonra ABŞ 2022-ci ilin oktyabrında Çində yerləşən şirkətlərə qabaqcıl mikrosxemlərin istehsalı üçün avadanlıq və komponentlərin ixracını məhdudlaşdıran bir sıra qaydaların tətbiq olunduğunu da elan edib. Bir il sonra ABŞ Ticarət Nazirliyi bu cür yarımkeçiricilərin ixracına dair bir sıra yeni məhdudiyyətləri dərc edib. Bu qaydalar süni intellekt üçün mikrosxemlərin müəyyən edilməsini dəyişdirib və onların Çinə təkrar satılmamasının qarşısını almaq üçün 40-dan çox ölkəyə tədarükünə əlavə lisenziya tələbləri tətbiq edib.
Çin narazılığını bildirir
Pekin ABŞ-ı açıq şəkildə Çin ticarətini hədəf almağı dayandırmağa çağırır. Belə ki, Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuan bu yaxınlarda bildirib ki, ölkəsinin hakimiyyəti ABŞ administrasiyasına Pekini ləkələməkdən və birtərəfli sanksiyalar tətbiq etməkdən əl çəkməsi üçün müraciət edir.

"Biz ABŞ-ı Çinə hücumları, qaralamağı, böhtan atmağı, uydurmalar yaymağı, birtərəfli sanksiyalar tətbiq etməyi və Çin müəssisələrinə əsassız təzyiq göstərməyi dayandırmağa çağırırıq", - Şuan BMT Təhlükəsizlik Şurasının Kiyevə qərb silahlarının tədarükü ilə bağlı keçirilən iclasında deyib.

Qenq Şuan həmçinin ABŞ-ı Pekin və Moskva arasında ikitərəfli əməkdaşlığa da qarışmamağa çağırıb.
© AFP 2024 / NICOLAS ASFOURIPekin
Вид на город Пекин, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Pekin
"Çinin bütün ölkələrlə, o cümlədən Rusiya ilə normal iqtisadi və ticarət əməkdaşlığı həyata keçirmək hüququ var. Bu əməkdaşlığa da müdaxilə edilməməli, onu pozmamalıdır", - Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini vurğulayıb.
Qlobal avtomobil sənayesi əziyyət çəkir
Qeyd etmək lazımdır ki, ABŞ-ın Çinə qarşı tətbiq etdiyi sanksiyaları, digər məsələlərlə yanaşı, qlobal avtomobil sənayesinə, xüsusən də Almaniyadakı istehsalçılara təsir göstərir. Beləliklə, ABŞ-a ən azı 8 min "Mini Cooper" avtomobili idxal edən Almaniyanın "BMW" markası məlum olub ki, Çinə qarşı sanksiyaları pozmaqda ittiham oluna bilər (sanksiya altında olan bu maşının elektron komponentləri Çin-ə məxsusdur).
ABŞ Senatının hesabatında deyilir ki, bu komponentlər 2021-ci il qanununa əsasən qadağan edilib. "BMW" markası ən azı aprel ayına qədər tərkibində qadağan olunmuş hissələri olan avtomobilləri idxal etməyə davam edib.
"BMW Group" sözügedən məhsulların idxalını dayandırmaq üçün addımlar atdığını və müvafiq ehtiyat hissələrin dəyişdirəcəyini vəd edib.
Bu ilin fevral ayında "Volkswagen" avtomobil markası təsdiqləyib ki, Çin tədarükçüsü "məcburi əməyin qadağan edilməsi haqqında qanunları" pozduğuna görə bir neçə min "Porsche", "Bentley" və "Audi" avtomobilləri ABŞ limanlarında saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0