DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran sənayesini dünyada kimlər xilas edir?

© AFP 2024 / STRTehrana mənzərə
Tehrana mənzərə - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Çin, həmçinin İran plastiklərinin (64% və ya 1,3 milyard dollar) və misin (58%, 446 milyon dollar) əsas alıcısı olub.
BAKI, 22 may — Sputnik. Çin, Türkiyə və Ermənistan İrandan sənaye üçün xammalın əsas alıcılarıdır. Onların aldıqları xammal ümumilikdə İranın metal, kimyəvi, karbohidrogen və plastik ixracatının, təxminən 90% -ni təşkil edir.
"RİA Novosti"nin BMT-nin "Comtrade" platformasının məlumatlarının təhlilindən bu qənaətə gəlmək olub.
Belə ki, 2023-cü ildə sənaye üçün İran xammalının əsas alıcısı 59% payla Çin olub. Ölkə İrandan, demək olar ki, yeganə filiz (bütün daşınmaların 97%-i və ya 1,4 milyard dollar) və üzvi kimyəvi maddələrin (94% və ya 699 milyon dollar) idxalçısı olub. Çin, həmçinin İran plastiklərinin (64% və ya 1,3 milyard dollar) və misin (58%, 446 milyon dollar) əsas alıcısı olub.
İrandan alüminium (69%) və sink (80%) tədarükünün yarıdan çoxu Türkiyənin payına düşür - Türkiyə şirkətləri ölkəyə 396 milyon dollar dəyərində birinci metal, 265 milyon dollarlıq ikinci metal idxal ediblər.
Eyni zamanda, Ermənistan İrandan karbohidrogenlərin əsas alıcısı olub - ötən il bütün tədarükün 54%-ni və ya 147 milyon dollar alış məbləğini Ermənistan təşkil edib.
Xəbər lenti
0