Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

© AFP 2024 / EMMANUEL DUNANDPrezident Administrasiyası
Prezident Administrasiyası - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Məhərrəm Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olundan sonra Prezidenti Administrasiyasındakı bu post boş qalmışdı.
BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
Xəbər lenti
0