https://sputnik.az/20240522/felestini-dovlet-kimi-taniyanlara-srailden-cavab-agir-neticelere-sebeb-olacaq-464829697.html
Fələstini dövlət kimi tanıyanlara İsraildən cavab: Ağır nəticələrə səbəb olacaq
Fələstini dövlət kimi tanıyanlara İsraildən cavab: Ağır nəticələrə səbəb olacaq
Sputnik Azərbaycan
Norveçin Fələstini bir dövlət kimi tanıması 28 may 2024-cü il çərşənbə axşamı günü rəsmiləşcək. 22.05.2024, Sputnik Azərbaycan
2024-05-22T15:55+0400
2024-05-22T15:55+0400
2024-05-22T15:55+0400
fələstin
dünya xəbərləri
israil
norveç
irlandiya
https://cdnn1.img.sputnik.az/img/40906/47/409064794_0:362:5170:3270_1920x0_80_0_0_169c56a6a336669f24c722022b020cc0.jpg
BAKI, 22 may — Sputnik. Norveç rəsmi olaraq Fələstini dövlət kimi tanıyır. Bu barədə Norveç hökumətinin saytında dərc edilmiş məlumatda deyilir. "Norveç hökuməti Norveçin Fələstini dövlət kimi tanıması barədə qərar verib. On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi - iki dövlət prinsipini qoruyub saxlamalıyıq" - Norveçin baş naziri Yonas Qara Styor bildirib. Norveçin baş naziri həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir. "Norveçin Fələstini bir dövlət kimi tanıması 28 may 2024-cü il çərşənbə axşamı günü qüvvəyə minəcək. Həmin gün bir sıra digər həmfikir Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq. Bu ölkələr öz bəyanatlarını verəcəklər" - bu barədə Norveç hökuməti məlumat yayıb. Aprelin sonunda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fələstinin mayın sonuna qədər bir neçə Aİ ölkəsi tərəfindən tanınacağını bildirmişdi. Hazırda Avropa dövlətləri arasında Fələstinin müstəqilliyi Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tərəfindən tanınır. Ümumilikdə Fələstini Rusiya da daxil olmaqla BMT-nin 193 ölkəsindən 143-ü müstəqil dövlət kimi tanıyır. İsrail isə Fələstinin dövlət kimi tanınmasına sərt reaksiya verib. İsrailin xarici işlər naziri İsrael Katz Fələstini tanımaq qərarı fonunda İrlandiya və Norveç səfirlərinin məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr edib. Katz X sosial şəbəkəsində yazıb: "Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin bu ölkələrin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr etdim". Nazir əlavə edib ki, bu cür qərarlar ağır nəticələrə səbəb olacaq. "Əgər İspaniya Fələstin dövlətini tanımaq niyyətini həyata keçirsə, ona qarşı da oxşar tədbirlər görüləcək", - o vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40906/47/409064794_164:0:5007:3632_1920x0_80_0_0_7c718cf71e7d9bbf60bb1e281e709767.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fələstin, israil, norveç, irlandiya
fələstin, israil, norveç, irlandiya
Fələstini dövlət kimi tanıyanlara İsraildən cavab: Ağır nəticələrə səbəb olacaq
Norveçin Fələstini bir dövlət kimi tanıması 28 may 2024-cü il çərşənbə axşamı günü rəsmiləşcək.
BAKI, 22 may — Sputnik. Norveç rəsmi olaraq Fələstini dövlət kimi tanıyır. Bu barədə Norveç hökumətinin saytında dərc edilmiş məlumatda deyilir.
"Norveç hökuməti Norveçin Fələstini dövlət kimi tanıması barədə qərar verib. On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi - iki dövlət prinsipini qoruyub saxlamalıyıq" - Norveçin baş naziri Yonas Qara Styor bildirib.
Norveçin baş naziri həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir.
"Norveçin Fələstini bir dövlət kimi tanıması 28 may 2024-cü il çərşənbə axşamı günü qüvvəyə minəcək. Həmin gün bir sıra digər həmfikir Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq. Bu ölkələr öz bəyanatlarını verəcəklər" - bu barədə Norveç hökuməti məlumat yayıb.
Aprelin sonunda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fələstinin mayın sonuna qədər bir neçə Aİ ölkəsi tərəfindən tanınacağını bildirmişdi. Hazırda Avropa dövlətləri arasında Fələstinin müstəqilliyi Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tərəfindən tanınır. Ümumilikdə Fələstini Rusiya da daxil olmaqla BMT-nin 193 ölkəsindən 143-ü müstəqil dövlət kimi tanıyır.
İsrail isə Fələstinin dövlət kimi tanınmasına sərt reaksiya verib.
İsrailin xarici işlər naziri İsrael Katz Fələstini tanımaq qərarı fonunda İrlandiya və Norveç səfirlərinin məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr edib.
Katz X sosial şəbəkəsində yazıb: "Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin bu ölkələrin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr etdim".
Nazir əlavə edib ki, bu cür qərarlar ağır nəticələrə səbəb olacaq.
"Əgər İspaniya Fələstin dövlətini tanımaq niyyətini həyata keçirsə, ona qarşı da oxşar tədbirlər görüləcək", - o vurğulayıb.