https://sputnik.az/20240522/ermenistanin-suveren-erazisinin-bir-millimetri-bele-azerbaycana-verilmeyib---pasinyan-464847434.html
Ermənistanın suveren ərazisinin bir millimetri belə Azərbaycana verilməyib - Paşinyan
Ermənistanın suveren ərazisinin bir millimetri belə Azərbaycana verilməyib - Paşinyan
Sputnik Azərbaycan
Baş nazir belə bir fikri səsləndirib ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Ermənistan Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə... 22.05.2024, Sputnik Azərbaycan
2024-05-22T18:10+0400
2024-05-22T18:10+0400
2024-05-22T23:37+0400
siyasət
ermənistan
nikol paşinyan
delimitasiya və demarkasiya
delimitasiya
tavuş
https://cdnn1.img.sputnik.az/img/07e8/05/16/464849115_0:0:640:361_1920x0_80_0_0_31109962cdbf18e9d7015ea3051cd18e.jpg
BAKI, 22 may — Sputnik. Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin aparıldığı xəritəni göstərib. Paşinyan deyib ki, o, Tavuşda güzəştlər edilməsi barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur."Mən bunu uğur hesab edərdim, çünki Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, bərpa edir və suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur", Paşinyan bildirib. Baş nazir belə bir fikri səsləndirib ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Ermənistan Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha qeyd edib. O, bu proses zamanı Ermənistanın suveren ərazisinin bir millimetrinin belə Azərbaycana verilmədiyini vurğulayıb. "Ermənistanın suveren ərazisi delimitasiya olunmuş ərazilərdədir", Paşinyan bildirib. O qeyd edib ki, İrəvan hazırda delimitasiya prosesi ilə Ermənistanın dövlət quruculuğu problemini 60% həll etmiş olur.Baş nazir əmin edib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb. Paşinyan parlamentdə Sovet Baş Qərargahının istifadə etdiyi və SSRİ-nin müvafiq geodeziya xidmətləri tərəfindən təsdiq edilmiş 1976-cı il xəritəsinin surətini göstərib. Xəritə Ermənistan və Azərbaycan SSR arasında 1969-cu ildə təsdiq edilmiş sərhədlər əsasında tərtib edilib. "Bu xəritələrin müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsində çox mühüm rolu var", - Paşinyan qeyd edib. Baş nazir onu da bildirib ki, Ermənistanda aparılan uzunmüddətli, diqqətli iş nəticəsində bu xəritələr əsasında ölkə sərhədlərinin bütün perimetri çəkilib. Müxalifət və onun havadarları seçilmiş xəritələrin milli maraqlara cavab vermədiyini əsas gətirərək Ermənistan hakimiyyətini vətənə xəyanətdə ittiham edirlər. Müxaliflər 1988-ci il xəritələrinə əsaslanaraq delimitasiyada israrlıdırlar.
tavuş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/16/464849115_53:0:622:427_1920x0_80_0_0_32804d8d5c86aa5886bc1b3f39f730b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, nikol paşinyan, delimitasiya və demarkasiya, delimitasiya, tavuş
ermənistan, nikol paşinyan, delimitasiya və demarkasiya, delimitasiya, tavuş
Ermənistanın suveren ərazisinin bir millimetri belə Azərbaycana verilməyib - Paşinyan
18:10 22.05.2024 (Yenilənib: 23:37 22.05.2024) Baş nazir belə bir fikri səsləndirib ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Ermənistan Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha qeyd edib.
BAKI, 22 may — Sputnik. Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin aparıldığı xəritəni göstərib.
Paşinyan deyib ki, o, Tavuşda güzəştlər edilməsi barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur.
"Mən bunu uğur hesab edərdim, çünki Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, bərpa edir və suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur", Paşinyan bildirib.
Baş nazir belə bir fikri səsləndirib ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Ermənistan Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha qeyd edib.
O, bu proses zamanı Ermənistanın suveren ərazisinin bir millimetrinin belə Azərbaycana verilmədiyini vurğulayıb.
"Ermənistanın suveren ərazisi delimitasiya olunmuş ərazilərdədir", Paşinyan bildirib.
O qeyd edib ki, İrəvan hazırda delimitasiya prosesi ilə Ermənistanın dövlət quruculuğu problemini 60% həll etmiş olur.
Baş nazir əmin edib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb.
Paşinyan parlamentdə Sovet Baş Qərargahının istifadə etdiyi və SSRİ-nin müvafiq geodeziya xidmətləri tərəfindən təsdiq edilmiş 1976-cı il xəritəsinin surətini göstərib. Xəritə Ermənistan və Azərbaycan SSR arasında 1969-cu ildə təsdiq edilmiş sərhədlər əsasında tərtib edilib.
"Bu xəritələrin müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsində çox mühüm rolu var", - Paşinyan qeyd edib.
Baş nazir onu da bildirib ki, Ermənistanda aparılan uzunmüddətli, diqqətli iş nəticəsində bu xəritələr əsasında ölkə sərhədlərinin bütün perimetri çəkilib.
Müxalifət və onun havadarları seçilmiş xəritələrin milli maraqlara cavab vermədiyini əsas gətirərək Ermənistan hakimiyyətini vətənə xəyanətdə ittiham edirlər. Müxaliflər 1988-ci il xəritələrinə əsaslanaraq delimitasiyada israrlıdırlar.