https://sputnik.az/20240522/ermenistanda-hakimiyyet-cevrilisi-etmeye-hazirlasan-sexs-hebs-edilib-464844806.html
Ermənistanda hakimiyyət çevrilişi etməyə hazırlaşan şəxs həbs edilib
Ermənistanda hakimiyyət çevrilişi etməyə hazırlaşan şəxs həbs edilib
Sputnik Azərbaycan
Yerli Teleqram kanallarının məlumatına görə, saxlanılan şəxs məşhur müğənni Hayk Qevondyanın oğlu Qraç Qevondyandır. 22.05.2024, Sputnik Azərbaycan
2024-05-22T20:41+0400
2024-05-22T20:41+0400
2024-05-22T20:41+0400
ermənistan
dünya xəbərləri
hakimiyyət
çevriliş
çevriliş cəhdi
dövlət çevrilişinə cəhd
ermənistanda dövlət çevrilişinə cəhd
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458903438_0:148:3117:1901_1920x0_80_0_0_edffbc18f5f443b243c48a17f48aaaa6.jpg
BAKI, 22 may — Sputnik. Mayın 22-də Ermənistanın İstintaq Komitəsi ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxsin saxlanıldığını elan edib. "Mayın iyirmi birində polisə hakimiyyəti qəsb etməyə hazırlıq barədə xəbər daxil olub. Bununla bağlı İstintaq Komitəsinin cinayətlərin araşdırılması üzrə baş idarəsində dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizlik əleyhinə təhdidlə bağlı cinayət işi açılıb" - məlumatda deyilir. İstintaq Komitəsi iddia edir ki, saxlanılan şəxs hökumət əleyhinə fikirlərə malik olmaqla, Ermənistan rəhbərliyinin xarici və daxili siyasətinin əleyhinə çıxış edərək hələlik naməlum şəxslərlə birlikdə hakimiyyəti qəsb etmək, hökumət binalarını ələ keçirmək niyyətində olub. İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs planlarını mayın 26-da keçiriləcək mitinq zamanı" həyata keçirməyi planlaşdırıb. Yerli Teleqram kanallarının məlumatına görə, saxlanılan şəxs məşhur müğənni Hayk Qevondyanın oğlu Qraç Qevondyandır. Vəkil Aleksandr Koçubayev bildirib ki, Qraç Qevondyana qarşı ittiham irəli sürülüb, ancaq o, bununla razı deyil. O, cinayət işini gülünc və siyasi, ittihamı isə tamamilə uydurma adlandırıb. Mayın 9-dan etibarən İrəvanın Respublika meydanında Ermənistanın hökumət binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycana verilməsinə etirazlar fonunda mitinqlər keçirilir. Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir. Arxiyepiskop mayın 26-na İrəvanın mərkəzində növbəti mitinq təyin edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458903438_193:0:2924:2048_1920x0_80_0_0_6127e6e3c7bf07a7f5632b267b164f7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, hakimiyyət, çevriliş, çevriliş cəhdi, dövlət çevrilişinə cəhd, ermənistanda dövlət çevrilişinə cəhd
ermənistan, hakimiyyət, çevriliş, çevriliş cəhdi, dövlət çevrilişinə cəhd, ermənistanda dövlət çevrilişinə cəhd
Ermənistanda hakimiyyət çevrilişi etməyə hazırlaşan şəxs həbs edilib
Yerli Teleqram kanallarının məlumatına görə, saxlanılan şəxs məşhur müğənni Hayk Qevondyanın oğlu Qraç Qevondyandır.
BAKI, 22 may — Sputnik. Mayın 22-də Ermənistanın İstintaq Komitəsi ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxsin saxlanıldığını elan edib.
"Mayın iyirmi birində polisə hakimiyyəti qəsb etməyə hazırlıq barədə xəbər daxil olub. Bununla bağlı İstintaq Komitəsinin cinayətlərin araşdırılması üzrə baş idarəsində dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizlik əleyhinə təhdidlə bağlı cinayət işi açılıb" - məlumatda deyilir.
İstintaq Komitəsi iddia edir ki, saxlanılan şəxs hökumət əleyhinə fikirlərə malik olmaqla, Ermənistan rəhbərliyinin xarici və daxili siyasətinin əleyhinə çıxış edərək hələlik naməlum şəxslərlə birlikdə hakimiyyəti qəsb etmək, hökumət binalarını ələ keçirmək niyyətində olub. İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs planlarını mayın 26-da keçiriləcək mitinq zamanı" həyata keçirməyi planlaşdırıb.
Yerli Teleqram kanallarının məlumatına görə, saxlanılan şəxs məşhur müğənni Hayk Qevondyanın oğlu Qraç Qevondyandır. Vəkil Aleksandr Koçubayev bildirib ki, Qraç Qevondyana qarşı ittiham irəli sürülüb, ancaq o, bununla razı deyil. O, cinayət işini gülünc və siyasi, ittihamı isə tamamilə uydurma adlandırıb.
Mayın 9-dan etibarən İrəvanın Respublika meydanında Ermənistanın hökumət binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycana verilməsinə etirazlar fonunda mitinqlər keçirilir. Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir.
Arxiyepiskop mayın 26-na İrəvanın mərkəzində növbəti mitinq təyin edib.