https://sputnik.az/20240522/bezi-vetendaslara-defn-pulunun-verilmesi-teklif-edilib-464829404.html
Bəzi vətəndaşlara dəfn pulunun verilməsi təklif edilib
Bəzi vətəndaşlara dəfn pulunun verilməsi təklif edilib
Sputnik Azərbaycan
Deputat Musa Quliyev bildirib ki, bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək. 22.05.2024, Sputnik Azərbaycan
2024-05-22T12:15+0400
2024-05-22T12:15+0400
2024-05-22T12:41+0400
dəfn
cəmiyyət
musa quliyev
dost iş mərkəzi
dost agentliyi
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268505_0:102:2000:1227_1920x0_80_0_0_f6ffa9907b3d25d51a3435ba0e49f17d.jpg
BAKI, 22 may — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib. Komitə sədri bildirib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir: "Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən vətəndaşlara dəfn müavinəti verilsin. Məsələni gündəmdə saxlasanız yaxşı olardı". M.Quliyev vurğulayıb ki, bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara, işləyən və digər şəxslərə dəfn müavinəti verir. "Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə həmin vəsait ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə bunu sürətli şəkildə təmin edə biləcəyik" - nazir bildirib. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilir. İclasda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə olunur. Dəfn üçün müavinət almağa görə müraciət etmə qaydası Xatırladaq ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər. Dəfn üçün müavinətin məbləği Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində müavinət verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268505_114:0:1887:1330_1920x0_80_0_0_9b0c831044c3dd2a13ecaf9700ddca54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dəfn, musa quliyev, dost iş mərkəzi, dost agentliyi
dəfn, musa quliyev, dost iş mərkəzi, dost agentliyi
Bəzi vətəndaşlara dəfn pulunun verilməsi təklif edilib
12:15 22.05.2024 (Yenilənib: 12:41 22.05.2024) Deputat Musa Quliyev bildirib ki, bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək.
BAKI, 22 may — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib.
Komitə sədri bildirib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir: "Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən vətəndaşlara dəfn müavinəti verilsin. Məsələni gündəmdə saxlasanız yaxşı olardı".
M.Quliyev vurğulayıb ki, bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara, işləyən və digər şəxslərə dəfn müavinəti verir.
"Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə həmin vəsait ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə bunu sürətli şəkildə təmin edə biləcəyik" - nazir bildirib.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilir. İclasda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə olunur.
Dəfn üçün müavinət almağa görə müraciət etmə qaydası
Xatırladaq ki, sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Dəfn üçün müavinətin məbləği
Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində müavinət verilir.