Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan və Qırğızıstan arasında ticarət münasibətləri

Abunə olmaq
2022-ci ildə 25 milyon dollar kapitala malik olan Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. İki ölkə arasında ticarət münasibətləri haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Ötən ilin yekunlarına əsasən Azərbaycan Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə altı dəfədən çox artaraq 65 milyon dollara çatıb. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya respublikasına ixracı 12,5 dəfə artıb.
Qırğızıstan qeyri-neft sektoru məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 2024-cü ilin yanvar-fevral aylarının yekunlarına əsasən, ötən ilin eyni dövründəki 2,1 milyon dollara qarşı 18,2 milyon dollar dəyərində Azərbaycanın bu məhsullarını almaqla ölkə idxalçılar arasında ilk beşliyə daxil olub.
2022-ci ildə kapitalı 25 milyon dollar olan Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb.
Qərargahı Bişkekdə yerləşən Fondun respublika ərazisində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə münasibətlərdə kredit və borcların verilməsi, kapitalda iştirak və digər maliyyə alətlərindən istifadə yolu ilə Qırğızıstanda təsisçilər üçün prioritet layihələrə investisiya qoyacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0