SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Əsədov və Ceyhun Bayramov İranda keçirilən anım mərasiminə qatılıblar

© Photo : MFA AzerbaijanƏli Əsədov və Ceyhun Bayramov İranda keçirilən anım mərasiminə qatılıblar
Əli Əsədov və Ceyhun Bayramov İranda keçirilən anım mərasiminə qatılıblar - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Azərbaycan nümayəndə heyətinə həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.
BAKI, 22 may — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə, dəhşətli helikopter qəzası nəticəsində faciəvi şəkildə dünyalarını dəyişmiş İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən digər yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Ağır faciə nəticəsində həlak olan mərhumların cənazələri önünə əklil qoyulub, İran İslam Respublikasının rəsmilərinə başsağlığı verilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.
***
Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Xəbər lenti
0