https://sputnik.az/20240521/uzv-dovletler-astanada-kecirilecek-sammitine-ciddi-umidler-besleyirler---xn-rehberi-464792425.html
Üzv dövlətlər Astanada keçiriləcək sammitinə ciddi ümidlər bəsləyirlər - XİN rəhbəri
Üzv dövlətlər Astanada keçiriləcək sammitinə ciddi ümidlər bəsləyirlər - XİN rəhbəri
Sputnik Azərbaycan
Nurtleunun sözlərinə görə, birgə fəaliyyət nəticəsində Qazaxıstanın ŞƏT-də sədrliyi müddəti ərzində 100-ə yaxın tədbir uğurla keçirilib. 21.05.2024, Sputnik Azərbaycan
2024-05-21T11:30+0400
2024-05-21T11:30+0400
2024-05-21T11:35+0400
qazaxıstan
dünya xəbərləri
şət
təşkilat
xarici işlər naziri
https://cdnn1.img.sputnik.az/img/07e8/05/15/464792255_0:0:3072:1728_1920x0_80_0_0_017a29a07af0e1eafb2dacb5a1ab657b.jpg
BAKI, 21 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər assosiasiyanın iyulun 3-4-də Astanada keçiriləcək sammitinə ciddi ümidlər bəsləyirlər. Rusiya KİV-in məlumatına görə, bunu Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ŞƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib. Nurtleunun sözlərinə görə, birgə fəaliyyət nəticəsində Qazaxıstanın ŞƏT-də sədrliyi müddəti ərzində 100-ə yaxın tədbir uğurla keçirilib. "Biz ŞƏT-in hüquqi bazasını əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindəyik. Astana sammitinin yekun sənədlərinin siyahısına iqtisadiyyat, təhlükəsizlik, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə artıq 20-dən çox sənəd daxildir" - o qeyd edib. ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Bura Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr Əfqanıstan, Belarus və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır. 2023-cü ilin iyulunda ŞƏT-in Yeni Dehlidə keçirilən sammitində İran təşkilatın tamhüquqlu üzvü olub. Belarus təşkilata üzv dövlət statusu almaq üçün öhdəliklər haqqında memorandum imzalayıb. Bu ilin iyulunda keçiriləcək sammitdə Belarusun ŞƏT-in tamhüquqlu üzvü olacağı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/15/464792255_262:0:2993:2048_1920x0_80_0_0_e0ba568e2e23fc15c18d9fc184977b0a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, şət, təşkilat, xarici işlər naziri
qazaxıstan, şət, təşkilat, xarici işlər naziri
Üzv dövlətlər Astanada keçiriləcək sammitinə ciddi ümidlər bəsləyirlər - XİN rəhbəri
11:30 21.05.2024 (Yenilənib: 11:35 21.05.2024) Nurtleunun sözlərinə görə, birgə fəaliyyət nəticəsində Qazaxıstanın ŞƏT-də sədrliyi müddəti ərzində 100-ə yaxın tədbir uğurla keçirilib.
BAKI, 21 may — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər assosiasiyanın iyulun 3-4-də Astanada keçiriləcək sammitinə ciddi ümidlər bəsləyirlər. Rusiya KİV-in məlumatına görə, bunu Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ŞƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
"Ölkələrimiz liderlərin görüşünə ciddi ümidlər bəsləyirlər. Qarşıdan gələn danışıqlar təşkilatın tarixində yeni mərhələyə keçid üçün nəzərdə tutulub. Biz sülhü qorumaq və davamlı inkişafı təmin etmək üçün birgə səylərə sadiqliyimizi bir daha təsdiqləyirik", - nazir bildirib.
Nurtleunun sözlərinə görə, birgə fəaliyyət nəticəsində Qazaxıstanın ŞƏT-də sədrliyi müddəti ərzində 100-ə yaxın tədbir uğurla keçirilib.
"Biz ŞƏT-in hüquqi bazasını əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindəyik. Astana sammitinin yekun sənədlərinin siyahısına iqtisadiyyat, təhlükəsizlik, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə artıq 20-dən çox sənəd daxildir" - o qeyd edib.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Bura Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr Əfqanıstan, Belarus və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır. 2023-cü ilin iyulunda ŞƏT-in Yeni Dehlidə keçirilən sammitində İran təşkilatın tamhüquqlu üzvü olub. Belarus təşkilata üzv dövlət statusu almaq üçün öhdəliklər haqqında memorandum imzalayıb. Bu ilin iyulunda keçiriləcək sammitdə Belarusun ŞƏT-in tamhüquqlu üzvü olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.