https://sputnik.az/20240521/tarixde-bu-gun-21-may--foto-464780616.html
Tarixdə bu gün: 21 may – FOTO
Tarixdə bu gün: 21 may – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 21.05.2024, Sputnik Azərbaycan
2024-05-21T08:45+0400
2024-05-21T08:45+0400
2024-05-21T08:45+0400
ümumdünya
cəmiyyət
tarixdə bu gün
bmt baş assambleyası
https://cdnn1.img.sputnik.az/img/07e8/05/02/464331419_42:0:1158:628_1920x0_80_0_0_43cd6a7f34c44a0328e2528c3120b072.jpg
BAKI, 21 may — Sputnik. Mayın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Mayın 21-də kim anadan olub? Tamilla Ağamirova (1928-2021) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR xalq artisti, Azərbaycan SSR əməkdar artistidir. Aktrisa Bakıda anadan olub. O, "Don Kixot", "Onun böyük ürəyi", "Əsl dost", "Koroğlu" və s. filmlərdə bir çox obrazları canlandırıb. Lyubov Polişçuk (1949-2006) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, filmlərdə kiçik, lakin diqqətçəkən rolları ilə "epizod kraliçası" kimi məşhurlaşıb. Aktrisa "12 stul", "Şirli-mırli" və s. filmlərdə rol alıb. Oleq Fomin (1962) - Sovet və Rusiya aktyoru, rejissordur. O, "Yolun başlanğıcı", "Xoşbəxtlik hüququ", "Kapitan" və s. filmlərdə müxtəlif rolları canlandırıb. 21 May tarixində dünyada baş verən tarixi hadisələr 1904-cü ildə Parisdə Avropanın yeddi ölkəsi - Fransa, Belçika, Danimarka, Hollandiya, İsveç, İsveçrə, İspaniya Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FİFA) yaradıb. 1928-ci ildə amerikalı Uolt Disney "Mikki Maus" obrazının monopol istifadəsi üçün patent alıb. 1969-cu ildə Sovetin An-26 hərbi nəqliyyat təyyarəsi ilk uçuşunu həyata keçirib. 2002-ci ildə BMT Baş Assambleyası 21 may tarixini Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü elan edib.
ümumdünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/02/464331419_182:0:1019:628_1920x0_80_0_0_b2d5b2f61560bc35ac666a0f7a678b09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
ümumdünya, tarixdə bu gün , bmt baş assambleyası
ümumdünya, tarixdə bu gün , bmt baş assambleyası
Tarixdə bu gün: 21 may – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 21 may — Sputnik. Mayın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 21-də kim anadan olub?
Tamilla Ağamirova (1928-2021) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR xalq artisti, Azərbaycan SSR əməkdar artistidir. Aktrisa Bakıda anadan olub. O, "Don Kixot", "Onun böyük ürəyi", "Əsl dost", "Koroğlu" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Lyubov Polişçuk (1949-2006) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, filmlərdə kiçik, lakin diqqətçəkən rolları ilə "epizod kraliçası" kimi məşhurlaşıb. Aktrisa "12 stul", "Şirli-mırli" və s. filmlərdə rol alıb.
Oleq Fomin (1962) - Sovet və Rusiya aktyoru, rejissordur. O, "Yolun başlanğıcı", "Xoşbəxtlik hüququ", "Kapitan" və s. filmlərdə müxtəlif rolları canlandırıb.
21 May tarixində dünyada baş verən tarixi hadisələr
1904-cü ildə Parisdə Avropanın yeddi ölkəsi - Fransa, Belçika, Danimarka, Hollandiya, İsveç, İsveçrə, İspaniya Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FİFA) yaradıb.
1928-ci ildə amerikalı Uolt Disney "Mikki Maus" obrazının monopol istifadəsi üçün patent alıb.
1969-cu ildə Sovetin An-26 hərbi nəqliyyat təyyarəsi ilk uçuşunu həyata keçirib.
2002-ci ildə BMT Baş Assambleyası 21 may tarixini Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü elan edib.