Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
İran prezidentinin helikopteri ölkənin şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən qəzaya uğrayıb.
BAKI, 21 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub. Bu barədə Azərtac xəbər yayıb.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları əlaqədar başsağlığı verib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər.
Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0