Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclis Azərbaycanla Rusiya arasında körpünün istismarı ilə bağlı Sazişi təsdiqləyib

© Sputnik / Murad OrujovSamur çayı üzərində körpünün açılış mərasimi, arxiv
Samur çayı üzərində körpünün açılış mərasimi, arxiv  - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
Komitə sədri bildirib ki, Sazişə əsasən, hər bir tərəf öz dövlətinin ərazisində avtomobil körpüsünə giriş yollarının istismarını və onlara xidmət göstərilməsi üçün işlərin aparılmasını müstəqil olaraq həyata keçirəcəklər.
BAKI, 21 may — Sputnik. Milli Məclisdə "Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən "Samur"–"Yaraq–Qazmalar" buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş"in təsdiq edilməsi məsələsinə baxılıb.
"Avtomobil körpüsünün istismarı ilə bağlı bütün xərcləri tərəflər bərabər şəkildə ödəyəcəklər"
Parlamentin bugünkü plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, bu vacib Saziş Azərbaycan–Rusiya dövlət sərhədindən "Samur"–"Yaraq-Qazmalar" buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və oraya giriş yollarının istismarı və onlara xidmət göstərilməsi məqsədilə 2024-cü il martın 5-də Bakı şəhərində imzalanıb:
"Sazişin müddəalarına əsasən, tərəflər avtomobil körpüsünün istismarını öz qanunvericiliyinə uyğun olaraq həyata keçirəcəklər. İstismar dedikdə, nəqliyyat vasitələrinin, sərnişinlərin və piyadaların fasiləsiz və təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə avtomobil körpüsünün təmiri və saxlanılması üzrə tədbirlər kompleksi nəzərdə tutulur. Avtomobil körpüsünün istismarı ilə bağlı bütün xərcləri tərəflər bərabər şəkildə ödəyəcəklər".
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
O bildirib ki, eyni zamanda avtomobil körpüsünün istismarı Samur çayının su axınının istiqamətini dəyişdirməməli, onun məcrasında, sahil zolağında və Azərbaycan–Rusiya dövlət sərhədi xəttində dəyişiklik etməməli, həmçinin bu ərazidə ekoloji və digər təhlükəsizliyə ziyan vurmamalıdır.
"Saziş qeyri-müəyyən müddətə bağlanılır"

"Bundan əlavə Sazişə əsasən, hər bir tərəf öz dövlətinin ərazisində avtomobil körpüsünə giriş yollarının istismarını və onlara xidmət göstərilməsi üçün işlərin aparılmasını müstəqil olaraq həyata keçirəcəklər. Proses çərçivəsində vergitutma məsələləri tərəflər arasında 1997-ci ildə imzalanmış qarşılıqlı ikiqat vergidən azad olma məsələləri ilə tənzimlənəcək. Saziş qeyri-müəyyən müddətə bağlanılır", - komitə sədri əlavə edib.

"Həddindən artıq əhəmiyyətli bir Sazişdir"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov də bildirib ki, həddindən artıq əhəmiyyətli bir Sazişdir:
"Bu Saziş göstərir ki, nə dərəcədə Azərbaycan öz qonşuları ilə bütün sahələrdə əlaqələri yüksək səviyyədə qurmaq iqtidarındadır. Bu, bir daha Azərbaycanın regionda apardığı beynəlxalq münasibətlər çərçivəsində ölkələrlə nümunəvi əlaqələrin qurmasına birbaşa dəlalət edir".
© Photo : REPORTSəməd Seyidov, arxiv
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Səməd Seyidov, arxiv
"Bu cür yolların və körpülərin sayı artırılmalıdır"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da bildirib ki, bu, çox vacib bir layihədir:
"Bu addım bu gün Azərbaycanın iqtisadi əlaqələrinə xidmət edən bir layihədir. Bu cür yolların və körpülərin sayı artırılmalıdır. Çünki Azərbaycan indi Orta Dəhlizin məsuliyyətini öz üzərinə götürüb, Azərbaycan Şərq ilə Qərbi birləşdirən bir missiyanı həyata keçirdir. Həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınır, bizə bəzi şikayətlər gəlir ki, daşınmada gecikmə olur, məhsullar xarab olma dərəcəsinə çatır. Eyni zamanda Gürcüstan, Türkiyə ilə də belə yollar artırılmalıdır".
© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Siyavuş Novruzov
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) – "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş" səsə qoyularaq təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0