https://sputnik.az/20240521/ermenistan-parlamentinin-sedri-ruhanilere-siyasetle-mesgul-olmamagi-tovsiye-edib-464810728.html
Ermənistan parlamentinin sədri ruhanilərə siyasətlə məşğul olmamağı tövsiyə edib
Ermənistan parlamentinin sədri ruhanilərə siyasətlə məşğul olmamağı tövsiyə edib
Sputnik Azərbaycan
Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni apostol kilsəsinə və din xadimlərinə siyasətlə məşğul olmamağı tövsiyə edərək. O, bunu "siyasət... 21.05.2024, Sputnik Azərbaycan
2024-05-21T19:29+0400
2024-05-21T19:29+0400
2024-05-21T19:29+0400
dünya xəbərləri
ermənistan
din
xarici işlər nazirliyi
nikol paşinyan
istefa
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0d/464578190_0:0:3077:1731_1920x0_80_0_0_a306b198e2bc92218add41ec73384528.jpg
BAKI, 21 may — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni apostol kilsəsinə və din xadimlərinə siyasətlə məşğul olmamağı tövsiyə edərək, bunu “siyasət ticarətdir” faktı ilə əsaslandırıb.Mayın 9-dan etibarən İrəvanın Respublika meydanında Ermənistanın hökumət binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycan tərəfinə verilməməsi tələbi ilə mitinqlər keçirilir. Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir. Spikerin sözlərinə görə, siyasətçilər, həmçinin koalisiya yaradanda, seçki siyahıları tərtib edəndə də "ticarətlə məşğul" olurlar. O, həmçinin əlavə edib ki, hakim partiya arxiyepiskop Baqrat Qalstanyanın Ermənistanın baş naziri postuna namizədliyini nəzərdən keçirmir. Aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan və Azərbaycanın xüsusi komissiyaları bu seqmentlərin "Sovet İttifaqının dağılması zamanı mövcud olan hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə" uyğunlaşdırmaq məqsədilə səkkiz kənd arasında sərhədin ayrı-ayrı hissələrinin keçməsini əvvəlcədən razılaşdırıblar. Mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib və protokol imzalanıb. Aprelin ortalarında komissiya bəyan edib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəlcədən Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) - Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızıl Hacılı (Azərbaycan) yaşayış məntəqələri arasında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0d/464578190_0:0:2729:2047_1920x0_80_0_0_51ff438c60f2a88aa1574cc223aa14d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ermənistan, din, xarici işlər nazirliyi, nikol paşinyan, istefa
ermənistan, din, xarici işlər nazirliyi, nikol paşinyan, istefa
Ermənistan parlamentinin sədri ruhanilərə siyasətlə məşğul olmamağı tövsiyə edib
Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni apostol kilsəsinə və din xadimlərinə siyasətlə məşğul olmamağı tövsiyə edərək. O, bunu "siyasət ticarətdir" faktı ilə əsaslandırıb.
BAKI, 21 may — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni apostol kilsəsinə və din xadimlərinə siyasətlə məşğul olmamağı tövsiyə edərək, bunu “siyasət ticarətdir” faktı ilə əsaslandırıb.
Mayın 9-dan etibarən İrəvanın Respublika meydanında Ermənistanın hökumət binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycan tərəfinə verilməməsi tələbi ilə mitinqlər keçirilir. Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir.
"Mənim üçün ruhanilərin və kilsənin siyasətlə məşğul olması qəbuledilməzdir. Bibliyada deyilir: "Atamın evi ticarət evi deyil", siyasət isə ticarətdir. Sizcə, biz beynəlxalq tərəfdaşlarla danışıqlar apararkən ticarətlə məşğul olmuruq?", - Simonyan jurnalistlərə bildirib.
Spikerin sözlərinə görə, siyasətçilər, həmçinin koalisiya yaradanda, seçki siyahıları tərtib edəndə də "ticarətlə məşğul" olurlar. O, həmçinin əlavə edib ki, hakim partiya arxiyepiskop Baqrat Qalstanyanın Ermənistanın baş naziri postuna namizədliyini nəzərdən keçirmir.
Aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan və Azərbaycanın xüsusi komissiyaları bu seqmentlərin "Sovet İttifaqının dağılması zamanı mövcud olan hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə" uyğunlaşdırmaq məqsədilə səkkiz kənd arasında sərhədin ayrı-ayrı hissələrinin keçməsini əvvəlcədən razılaşdırıblar.
Mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib və protokol imzalanıb. Aprelin ortalarında komissiya bəyan edib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəlcədən Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) - Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızıl Hacılı (Azərbaycan) yaşayış məntəqələri arasında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.