CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır

© Photo : REPORTMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
Millət vəkili deyib ki, bu gün hələ də ölkədə erkən nikah, zorakılıq, dilənçilik, xüsusilə də uşaqların məcburi əməyə cəlb olunması faktları az deyil.
BAKI, 21 may — Sputnik. "Təcrübəsi və informasiyası az olan, düşünmə qabiliyyəti o qədər də güclü olmayan uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır. Bu kimi hallara qarşı nəzarət tədbirləri olmalıdır". Bu fikirləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentin mayın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün hələ də ölkədə erkən nikah, zorakılıq, dilənçilik, xüsusilə də uşaqların məcburi əməyə cəlb olunması faktları az deyil:

“Bu kimi hallara qarşı mübarizədə cinayət təqibi ilə yanaşı, geniş maarifləndirmə işlərinə də ehtiyac var. Azərbaycanda insan alveri ilə bağlı qanunvericilik bazası mükəmməl olsa da, onların icrası ilə əlaqəli nəzarət mexanizmi gücləndirilməli, mütəmadi monitorinqlər təşkil olunmalıdır. Bu gün virtual internet problemi hər kəsi narahat edir”.

Qeyd edək ki, Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.
Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TikTok, arxiv - Sputnik Azərbaycan, 1920, 18.05.2024
CƏMİYYƏT
TikToker-övladlarından pul qazanan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərmi?
Xəbər lenti
0