DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BƏƏ-nin vəliəhd Şahzadəsi Kralın xəstəliyi səbəbindən Yaponiyaya səfərini təxirə salıb

© AFP 2024 / GEOFFROY VAN DER HASSELTBirləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
Növbəti səfərin tarixi ayrıca razılaşdırılacaq.
BAKI, 21 may — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Kralın xəstəliyi ilə əlaqədar Yaponiyaya rəsmi səfərini təcili təxirə salıb.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ölkəyə səfərlər mayın 20-dən 23-dək baş tutmalı idi.
"Mayın 19-da gecə saatlarında Səudiyyə Ərəbistanı hökuməti Yaponiya hökumətinə Şahzadə Məhəmməd bin Salman Əl-Səudun səfərinin Kral Salman bin Əbdüləziz Əl Səudun səhhəti ilə əlaqədar təxirə salınmaq məcburiyyətində qalacağını bildirib", - məlumatda bildirilir.
Yapon diplomatlar əlavə ediblər ki, indi ölkələr səfər üçün başqa tarixləri razılaşdıracaqlar.
Bu yaxınlarda Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun pnevmoniyadan xəstələndiyi məlum olub. 88 yaşlı Kral Ciddə şəhərində Əl-Salam sarayındakı ixtisaslaşdırılmış klinikada antibiotik müalicəsi kursuna başlayacaq.
Xəbər lenti
0