DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Astanada ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

© AFP 2023 / GREG BAKERŞƏT, arxiv
ŞƏT, arxiv - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
ŞƏT-in iclasında İran nümayəndə heyətini İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri təmsil edir.
BAKI, 21 may — Sputnik. Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası işə başlayıb.
İclas çərçivəsində ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası iştirakçılarının birgə fotoşəkillərinin çəkilməsi, yekun sənədlərin imzalanması mərasimi və ŞƏT-in baş katibi Çjan Minin mətbuata bəyanatı nəzərdə tutulub.
İclasda helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
"Onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm" – Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ŞƏT xarici işlər nazirlərinin iclasını açarkən deyib.
ŞƏT-in iclasında İran nümayəndə heyətini İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri təmsil edir.
Bir gün əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Astanaya gələn Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Görüşdə regional və beynəlxalq gündəlikdəki aktual məsələlər, çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət və inteqrasiya birlikləri müzakirə edilib.
Həmçinin ŞƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində Qazaxıstan və Çinin xarici işlər nazirliklərinin rəhbərləri Murat Nurtleu və Vanq Yi Astanada görüşüblər.
Görüşdə diplomatik idarələrin rəhbərləri Qazaxıstan-Çin əməkdaşlığının geniş spektrini müzakirə ediblər.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Bura Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr Əfqanıstan, Belarus və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır. 2023-cü ilin iyulunda ŞƏT-in Yeni Dehlidə keçirilən sammitində İran təşkilatın tamhüquqlu üzvü olub. Belarus təşkilata üzv dövlət statusu almaq üçün öhdəliklər haqqında memorandum imzalayıb. Bu ilin iyulunda keçiriləcək sammitdə Belarusun ŞƏT-in tamhüquqlu üzvü olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0