https://sputnik.az/20240521/a-de-standartlasdirma-ve-metrologiya-sahesinde-inteqrasiyaya-ehtiyac-var-464804491.html
Aİİ-də standartlaşdırma və metrologiya sahəsində inteqrasiyaya ehtiyac var
Aİİ-də standartlaşdırma və metrologiya sahəsində inteqrasiyaya ehtiyac var
Sputnik Azərbaycan
AİK-nin texniki tənzimləmə naziri Valentin Tataritskinin sözlərinə görə, bu il ittifaqda ölçü vasitələrinin tətbiqinə icazə mexanizminin hazırlanması üzrə... 21.05.2024, Sputnik Azərbaycan
2024-05-21T17:10+0400
2024-05-21T17:10+0400
2024-05-21T17:10+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
peşəkar
standart
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950291_0:159:3073:1888_1920x0_80_0_0_0bcc0c92451322825ef994546775f0a9.jpg
BAKI, 21 may — Sputnik. Mövcud reallıqlarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin standartlaşdırma və metrologiya sahəsində inteqrasiyasının gücləndirilməsinə ehtiyac var. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) texniki tənzimləmə naziri Valentin Tataritski Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin (Rosstandart) yekun kollegiyasının iclasında deyib. Nazir mayın 29-da Aİİ haqqında Müqavilənin imzalanmasının 10 illiyinin tamam olacağını xatırladaraq, bu müddət ərzində texniki tənzimləmə sahəsində xeyli nailiyyətlərin əldə olunduğunu və "Rosstandart"ın bu prosesdə mühüm rol oynadığını qeyd edib. Valentin Tataritski onu da bildirib ki, bu il Aİİ-də ölçü vasitələrinin tətbiqinə icazə mexanizminin hazırlanması üzrə pilot layihənin nəticələrinin müzakirəsi planlaşdırılır. Pilot layihə çərçivəsində müəyyən edilmiş hüquqi boşluqların aradan qaldırılması üçün ittifaq ölkələrinin normativ aktlarına düzəlişlər etmək üçün konkret təkliflər hazırlanacaq. Öz çıxışında Tataritski texniki tənzimləmə sahəsinin inkişafında rəqəmsallaşmanın əhəmiyyətli rol oynadığını da qeyd edib. Onun sözlərinə görə, "gələcəyin texniki tənzimlənməsi" istiqamətində ilk addım ittifaq platformasında ən iddialı layihənin - "Birlik çərçivəsində rəqəmsal texniki tənzimləmə"nin həyata keçirilməsidir. Qeyd edək ki, keçirilən tədbir hər il mayın 20-də metroloji peşəkar icmalar tərəfindən qeyd olunan Ümumdünya Metrologiya Gününə həsr olunub. Bu tarixin 2024-cü ildə qeyd olunması "Biz bu günü davamlı gələcək üçün ölçürük" devizi altında həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950291_172:0:2901:2047_1920x0_80_0_0_8e77abf082c312aee36ee65e1a0ec326.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, avrasiya iqtisadi ittifaqı, peşəkar, standart
aii, avrasiya iqtisadi ittifaqı, peşəkar, standart
Aİİ-də standartlaşdırma və metrologiya sahəsində inteqrasiyaya ehtiyac var
AİK-nin texniki tənzimləmə naziri Valentin Tataritskinin sözlərinə görə, bu il ittifaqda ölçü vasitələrinin tətbiqinə icazə mexanizminin hazırlanması üzrə pilot layihənin nəticələrinin müzakirəsi planlaşdırılır.
BAKI, 21 may — Sputnik. Mövcud reallıqlarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin standartlaşdırma və metrologiya sahəsində inteqrasiyasının gücləndirilməsinə ehtiyac var.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) texniki tənzimləmə naziri Valentin Tataritski Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin (Rosstandart) yekun kollegiyasının iclasında deyib.
"Bu blokların inkişafı üzrə birgə ambisiyalar 2030-cu və 2045-ci ilə qədər İttifaq çərçivəsində iqtisadi proseslərin daha da inkişaf etdirilməsi haqqında Bəyannamənin həyata keçirilməsi üçün tədbirlər planına daxil edilməlidir", - Tataritski qeyd edib.
Nazir mayın 29-da Aİİ haqqında Müqavilənin imzalanmasının 10 illiyinin tamam olacağını xatırladaraq, bu müddət ərzində texniki tənzimləmə sahəsində xeyli nailiyyətlərin əldə olunduğunu və "Rosstandart"ın bu prosesdə mühüm rol oynadığını qeyd edib.
Valentin Tataritski onu da bildirib ki, bu il Aİİ-də ölçü vasitələrinin tətbiqinə icazə mexanizminin hazırlanması üzrə pilot layihənin nəticələrinin müzakirəsi planlaşdırılır. Pilot layihə çərçivəsində müəyyən edilmiş hüquqi boşluqların aradan qaldırılması üçün ittifaq ölkələrinin normativ aktlarına düzəlişlər etmək üçün konkret təkliflər hazırlanacaq.
Öz çıxışında Tataritski texniki tənzimləmə sahəsinin inkişafında rəqəmsallaşmanın əhəmiyyətli rol oynadığını da qeyd edib.
Onun sözlərinə görə, "gələcəyin texniki tənzimlənməsi" istiqamətində ilk addım ittifaq platformasında ən iddialı layihənin - "Birlik çərçivəsində rəqəmsal texniki tənzimləmə"nin həyata keçirilməsidir.
Qeyd edək ki, keçirilən tədbir hər il mayın 20-də metroloji peşəkar icmalar tərəfindən qeyd olunan Ümumdünya Metrologiya Gününə həsr olunub.
Bu tarixin 2024-cü ildə qeyd olunması "Biz bu günü davamlı gələcək üçün ölçürük" devizi altında həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.