https://sputnik.az/20240520/ran-xn-reisinin-helikopterinin-axtarisina-destek-veren-olkelere-tesekkur-edib-464762585.html
İran XİN Rəisinin helikopterinin axtarışına dəstək verən ölkələrə təşəkkür edib
İran XİN Rəisinin helikopterinin axtarışına dəstək verən ölkələrə təşəkkür edib
Sputnik Azərbaycan
İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə görə... 20.05.2024, Sputnik Azərbaycan
2024-05-20T08:57+0400
2024-05-20T08:57+0400
2024-05-20T10:01+0400
dünya xəbərləri
iran
rəisi
ibrahim rəisi
əmir abdullahiyan
helikopter
helikopter qəzası
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/05/13/464757998_0:302:3071:2029_1920x0_80_0_0_b5d0ac8452c18cf5b36b96fec7428dd4.jpg
BAKI, 20 may - Sputnik. İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir.Bu barədə bəyanat İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılıb."İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə və axtarış-xilasetmə əməliyyatında yardım və kömək təklif etdiklərinə görə təşəkkür edir" - paylaşımda bildirilir.Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb (Report).Qeyd edək ki, Azərbaycandan səfərdən qayıdan İran prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin bütün digər üzvləri helikopter qəzasında həlak olublar."İran prezidenti və onu müşayiət edən şəxslər helikopterdə baş verən qəzada həlak olublar... Ölkəmizin prezidenti İbrahim Rəisi İranın şimal-qərbindəki dağlıq bölgədə helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Ölənlər arasında xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da var” - İranın “Mehr” agentliyinin məlumatında deyilir.Qeyd olunur ki, qəzaya uğramış helikopterdə İran prezidenti ilə yanaşı İran Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Abdullahiyan, Təbrizin imamı Məhəmməd Əli əl-Həşim, Şərqi Azərbaycan vilayətinin rəhbəri Malik Rəhməti, helikopter ekipajı və bir təhlükəsizlik zabiti də olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/13/464757998_340:0:3071:2048_1920x0_80_0_0_85f856fa509d9bb09d9ec5be8f17a183.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, rəisi, ibrahim rəisi, əmir abdullahiyan, helikopter, helikopter qəzası, fövqəladə hallar nazirliyi
iran, rəisi, ibrahim rəisi, əmir abdullahiyan, helikopter, helikopter qəzası, fövqəladə hallar nazirliyi
İran XİN Rəisinin helikopterinin axtarışına dəstək verən ölkələrə təşəkkür edib
08:57 20.05.2024 (Yenilənib: 10:01 20.05.2024) İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə görə minnətdardır.
BAKI, 20 may - Sputnik. İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir.
Bu barədə bəyanat İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılıb.
"İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə və axtarış-xilasetmə əməliyyatında yardım və kömək təklif etdiklərinə görə təşəkkür edir" - paylaşımda bildirilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb (Report).
Qeyd edək ki, Azərbaycandan səfərdən qayıdan İran prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin bütün digər üzvləri helikopter qəzasında həlak olublar.
"İran prezidenti və onu müşayiət edən şəxslər helikopterdə baş verən qəzada həlak olublar... Ölkəmizin prezidenti İbrahim Rəisi İranın şimal-qərbindəki dağlıq bölgədə helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Ölənlər arasında xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da var” - İranın “Mehr” agentliyinin məlumatında deyilir.
Qeyd olunur ki, qəzaya uğramış helikopterdə İran prezidenti ilə yanaşı İran Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Abdullahiyan, Təbrizin imamı Məhəmməd Əli əl-Həşim, Şərqi Azərbaycan vilayətinin rəhbəri Malik Rəhməti, helikopter ekipajı və bir təhlükəsizlik zabiti də olub.