DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb və Ukrayna Rusiya ilə sülh naminə çətin qərarlar qəbul etməlidir

© AP Photo / Manuel Balce CenetaABŞ və Ukrayna bayraqları, arxiv şəkli
ABŞ və Ukrayna bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Ukrayna böhranının həlli “sonradan daha pis nəticələrin” qarşısını alacaq.
BAKI, 20 may — Sputnik. ABŞ çətin olacaq qərarlara baxmayaraq, Ukraynadakı vəziyyətlə bağlı tezliklə sülh razılaşmasına nail olmalıdır.
Bu barədə analitik Mark Episkopos “The Hill” qəzetinə yazdığı məqalədə bildirib.
Müəllif hesab edir ki, Ukrayna böhranının həlli “sonradan daha pis nəticələrin” qarşısını alacaq.
“Qərbin Rusiyanı hərbi məğlubiyyətə uğratmaq cəhdlərinin heç bir mənası yoxdur. Rusiya Federasiyasının üstünlüyü var, eyni zamanda Ukraynanın mövqeyi sürətlə pisləşir” - Episkopos əlavə edib.
“Rusiyanın hərbi gücün bütün göstəricilərində böyük üstünlüyünü nəzərə alsaq, Qərbin Kremlin sülh şərtlərinə zəif marağı hələ 2022-ci ildə qıcıqlandırırdı. Bu gün bu vəziyyət daha da böyük anlaşılmazlığa gətirib çıxarır” - analitik sözünü yekunlaşdırıb.
Bundan əvvəl Çin Prezidenti Si Cinpin bildirmişdi ki, Ukrayna münaqişəsinin bütün tərəfləri dialoqu bərpa etməli və vəziyyətin həlli üçün tədricən inam yaratmağa başlamalıdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva böhranın sülh yolu ilə həllinə hazırdır.
Xəbər lenti
0