https://sputnik.az/20240520/nyt-avropa-guclu-mudafie-senayesi-qurmaq-isteyir-lakin-bacarmir-464778581.html
NYT: Avropa güclü müdafiə sənayesi qurmaq istəyir, lakin bacarmır
NYT: Avropa güclü müdafiə sənayesi qurmaq istəyir, lakin bacarmır
Sputnik Azərbaycan
Aİ siyasi, maddi-texniki və maliyyə problemləri ilə üz-üzədir. 20.05.2024, Sputnik Azərbaycan
2024-05-20T21:49+0400
2024-05-20T21:49+0400
2024-05-20T21:49+0400
avropa
dünya xəbərləri
ordu
güclü
isveç
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440389003_0:104:1001:667_1920x0_80_0_0_2aea7f96516cf1e4ee22309aa6e00a59.jpg
BAKI, 20 may — Sputnik. Avropa güclü müdafiə sənayesinin qurulmasında ciddi problemlərlə üzləşir. Bu problemlər ölkələr arasında siyasi fikir ayrılıqları və ABŞ-ın dominantlığı ilə əlaqələndirilir. Bu barədə Rusiya mediası "The New York Times" qəzetinə istinadən xəbər verib. İsveçin silah istehsal edən "Saab" şirkətinin icraçı direktoru Mikael Yohansson hesab edir ki, Avropa İttifaqının (Aİ) hazırkı strategiyası "düzgün istiqamətdə gedir", lakin maliyyə ilə yanaşı, Aİ maddi-texniki və digər siyasi problemlərlə də üzləşir. "Əgər sənayenin milyardlarla avro sərmayə qoymasını istəyirsinizsə, Avropa liderləri şirkətlərin istehsal məhsullarını almaq üçün uzunmüddətli öhdəlik götürməlidirlər" - Yohansson vurğulayıb. Materialda həmçinin vurğulanıb ki, Avropada bir deyil, 27 hərbi-sənaye kompleksi var ki, bu da effektiv hərbi maşının qurulmasında çətinliklər yaradır. Fikir ayrılıqları hətta yeni tankların yaradılmasında kalibr seçiminə də aiddir, çünki müxtəlif ölkələr fərqli kalibrlərə üstünlük verir. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Avropa İttifaqının cinayətkar Kiyev rejimini dəstəkləməklə "odla oynadığını" bildirib. Diplomat bu sözləri dronlardan istifadə edərək Rusiya ərazisinə növbəti hücum cəhdlərinin olamasına işarə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440389003_4:0:893:667_1920x0_80_0_0_863480e9f84bdc1daf816beefe1d7372.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, ordu, güclü, isveç
avropa, ordu, güclü, isveç
NYT: Avropa güclü müdafiə sənayesi qurmaq istəyir, lakin bacarmır
Aİ siyasi, maddi-texniki və maliyyə problemləri ilə üz-üzədir.
BAKI, 20 may — Sputnik. Avropa güclü müdafiə sənayesinin qurulmasında ciddi problemlərlə üzləşir. Bu problemlər ölkələr arasında siyasi fikir ayrılıqları və ABŞ-ın dominantlığı ilə əlaqələndirilir.
Bu barədə Rusiya mediası "The New York Times" qəzetinə istinadən xəbər verib.
İsveçin silah istehsal edən "Saab" şirkətinin icraçı direktoru Mikael Yohansson hesab edir ki, Avropa İttifaqının (Aİ) hazırkı strategiyası "düzgün istiqamətdə gedir", lakin maliyyə ilə yanaşı, Aİ maddi-texniki və digər siyasi problemlərlə də üzləşir.
"Əgər sənayenin milyardlarla avro sərmayə qoymasını istəyirsinizsə, Avropa liderləri şirkətlərin istehsal məhsullarını almaq üçün uzunmüddətli öhdəlik götürməlidirlər" - Yohansson vurğulayıb.
Materialda həmçinin vurğulanıb ki, Avropada bir deyil, 27 hərbi-sənaye kompleksi var ki, bu da effektiv hərbi maşının qurulmasında çətinliklər yaradır. Fikir ayrılıqları hətta yeni tankların yaradılmasında kalibr seçiminə də aiddir, çünki müxtəlif ölkələr fərqli kalibrlərə üstünlük verir.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Avropa İttifaqının cinayətkar Kiyev rejimini dəstəkləməklə "odla oynadığını" bildirib. Diplomat bu sözləri dronlardan istifadə edərək Rusiya ərazisinə növbəti hücum cəhdlərinin olamasına işarə edib.