https://sputnik.az/20240520/neuralink-beyin-implant-tecrubesinin-ikinci-istirakcisi-ucun-muracietleri-qebul-edir-464720100.html
"Neuralink" beyin implant təcrübəsinin ikinci iştirakçısı üçün müraciətləri qəbul edir
"Neuralink" beyin implant təcrübəsinin ikinci iştirakçısı üçün müraciətləri qəbul edir
Sputnik Azərbaycan
Yeni "Neuralink" qurğusu olan "Telepathy" (Telepatiya) sahibinə düşüncə gücünün köməyi ilə smartfon və ya kompüteri idarə etmək imkanı verir. 20.05.2024, Sputnik Azərbaycan
2024-05-20T22:34+0400
2024-05-20T22:34+0400
2024-05-20T22:34+0400
"neuralink"
elm
ilon mask
abş
abş
qurğu
könüllü
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462764042_0:139:3072:1867_1920x0_80_0_0_36d6f7eca49e9f7e43fe3759480750a1.jpg
BAKI, 20 may — Sputnik. "Neuralink"in telepatiya implant təcrübəsindən ötrü ikinci iştirakçı üçün müraciətləri qəbul edir. Bunu Amerikalı milyarder İlon Mask bildirib. "Neuralink" ikinci iştirakçı üçün müraciətləri qəbul edir. Bu, sadəcə düşünərək telefonunuzu və kompüterinizi idarə etməyə imkan verəcək "Telepathy" kibernetik beyin implantımızdır" - Mask X sosial şəbəkəsində şirkətin klinik sınaqda iştirak etmək üçün dəvətini təkrarlayaraq yazıb. Yanvar ayında Mask, ilk şəxsin "Neuralink" implantını aldığını və özünü yaxşı hiss etdiyini bildirib. İş adamının sözlərinə görə, cihazın işinə dair ilk məlumatlar ümidverici nəticələr göstərir. Daha sonra Mask yeni "Neuralink" qurğusunun "Telepathy" (Telepatiya) adlandığını yazıb. O, sahibinə düşüncə gücünün köməyi ilə smartfon və ya kompüteri idarə etmək imkanı verir və ilk növbədə bədəninin ətraf üzvlərindən istifadəsi məhdudlaşan insanlar üçün yaradılıb. Mart ayında ilk implant xəstəsi "düşüncə gücü ilə" şahmat oynadığını nümayiş etdirib. Eyni zamanda, Mask kor insanların görməsini təmin edən bir cihaz kimi düşünülmüş "Neuralink" beyin implantını elan edib. Növbəti layihə "Blindsight" adlanır. Bundan əvvəl ABŞ-ın sanitar müfəttişləri Mask şirkətinin Kaliforniya mərkəzində heyvanlar üzərində təcrübələrinin keyfiyyətinə nəzarət və uçotun aparılması ilə bağlı problemlər aşkar etmişdilər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462764042_268:0:2999:2048_1920x0_80_0_0_5abda1a22b8412ef38b937fec0252591.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
"neuralink", ilon mask, abş, abş, qurğu, könüllü
"neuralink", ilon mask, abş, abş, qurğu, könüllü
"Neuralink" beyin implant təcrübəsinin ikinci iştirakçısı üçün müraciətləri qəbul edir
Yeni "Neuralink" qurğusu olan "Telepathy" (Telepatiya) sahibinə düşüncə gücünün köməyi ilə smartfon və ya kompüteri idarə etmək imkanı verir.
BAKI, 20 may — Sputnik. "Neuralink"in telepatiya implant təcrübəsindən ötrü ikinci iştirakçı üçün müraciətləri qəbul edir.
Bunu Amerikalı milyarder İlon Mask bildirib.
"Neuralink" ikinci iştirakçı üçün müraciətləri qəbul edir. Bu, sadəcə düşünərək telefonunuzu və kompüterinizi idarə etməyə imkan verəcək "Telepathy" kibernetik beyin implantımızdır" - Mask X sosial şəbəkəsində şirkətin klinik sınaqda iştirak etmək üçün dəvətini təkrarlayaraq yazıb.
Yanvar ayında Mask, ilk şəxsin "Neuralink" implantını aldığını və özünü yaxşı hiss etdiyini bildirib. İş adamının sözlərinə görə, cihazın işinə dair ilk məlumatlar ümidverici nəticələr göstərir.
Daha sonra Mask yeni "Neuralink" qurğusunun "Telepathy" (Telepatiya) adlandığını yazıb. O, sahibinə düşüncə gücünün köməyi ilə smartfon və ya kompüteri idarə etmək imkanı verir və ilk növbədə bədəninin ətraf üzvlərindən istifadəsi məhdudlaşan insanlar üçün yaradılıb. Mart ayında ilk implant xəstəsi "düşüncə gücü ilə" şahmat oynadığını nümayiş etdirib.
Eyni zamanda, Mask kor insanların görməsini təmin edən bir cihaz kimi düşünülmüş "Neuralink" beyin implantını elan edib. Növbəti layihə "Blindsight" adlanır.
Bundan əvvəl ABŞ-ın sanitar müfəttişləri Mask şirkətinin Kaliforniya mərkəzində heyvanlar üzərində təcrübələrinin keyfiyyətinə nəzarət və uçotun aparılması ilə bağlı problemlər aşkar etmişdilər.