https://sputnik.az/20240520/latviya-parlamentinin-sedri-fuzuliye-gedib-464742377.html
Spiker: Latviya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməyə hazırdır
Spiker: Latviya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməyə hazırdır
Sputnik Azərbaycan
O vurğulayıb ki, səfəri zamanı Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif imkanlar müzakirə edilib. 20.05.2024, Sputnik Azərbaycan
2024-05-20T14:15+0400
2024-05-20T14:15+0400
2024-05-20T14:27+0400
latviya
parlament
parlament sədri
füzuli
füzuli rayonu
səfər
səfər
səfər
qarabağın dirçəlişi və reinteqrasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970614_0:104:2000:1229_1920x0_80_0_0_299aefb470155c1b48b6e0331dd49ac7.jpg
BAKI, 19 may - Sputnik. Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün çoxlu imkanlar var."Report" xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.O vurğulayıb ki, səfəri zamanı Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif imkanlar müzakirə edilib:"Məsələn, biz konkret addımları müzakirə etdik. Söhbət Latviyanın Şuşa şəhərinin yenidən qurulmasında necə iştirak edə biləcəyindən və ya regionun bərpasına necə kömək edə biləcəyindən gedir. Biz kənd təsərrüfatı, logistika, turizm, mübadilə, təhsil və mədəniyyət sahələrində potensial əməkdaşlığı müzakirə etdik". ****Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonundan sonra Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə gəliblər.Bu barədə AZƏRTAC xəbər verir.Nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin olduğu şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb. Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.***Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.Bu barədə Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970614_112:0:1889:1333_1920x0_80_0_0_5eab48666081094923671c89dd8e2da5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
latviya, parlament, parlament sədri, füzuli, füzuli rayonu, səfər, səfər, səfər
latviya, parlament, parlament sədri, füzuli, füzuli rayonu, səfər, səfər, səfər
Spiker: Latviya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməyə hazırdır
14:15 20.05.2024 (Yenilənib: 14:27 20.05.2024) O vurğulayıb ki, səfəri zamanı Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif imkanlar müzakirə edilib.
BAKI, 19 may - Sputnik. Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün çoxlu imkanlar var.
"Report" xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
O vurğulayıb ki, səfəri zamanı Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif imkanlar müzakirə edilib:
"Məsələn, biz konkret addımları müzakirə etdik. Söhbət Latviyanın Şuşa şəhərinin yenidən qurulmasında necə iştirak edə biləcəyindən və ya regionun bərpasına necə kömək edə biləcəyindən gedir. Biz kənd təsərrüfatı, logistika, turizm, mübadilə, təhsil və mədəniyyət sahələrində potensial əməkdaşlığı müzakirə etdik".
Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonundan sonra Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə gəliblər.
Bu barədə AZƏRTAC xəbər verir.
Nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin olduğu şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb. Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.
Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.
Bu barədə Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.
Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.