SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: Əziz dostum Hüseyn Abdullahianın həlak olması məni dərindən sarsıtdı

© Sputnik / Григорий СысоевCeyhun Bayramov və Hüseyn Əmir Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov baş verən helikopter qəzasında həlak olanlarla bağlı İran xalqına başsağlığı verib.
BAKI, 20 may - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümü ilə əlaqədar onların yaxınlarına və İran xalqına başsağlığı verib.
Bu barədə XİN başçısı "X"də yazıb.
"İran İslam Respublikasının Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir Abdullahiyanın və digər rəsmi şəxslərin həlak olması xəbəri məni dərindən sarsıtdı. Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət diləyir, dost İran xalqına dərin hüznlə başsağlığı verirəm", - o qeyd edib.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 20.05.2024
SİYASƏT
Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib
Xəbər lenti
0