Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan Rusiyaya idxal edilən yumurtanın miqdarı açılqandı

© AFP 2023 / STRПокупатель собирает яйца на рынке, фото из архива
Покупатель собирает яйца на рынке, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2024
Abunə olmaq
Mayın 13-dən 19-dək Azərbaycandan 1,2 milyon, Türkiyədən isə 950,4 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə daxil olub.
BAKI, 20 may — Sputnik. Bu günə olan məlumata görə, Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 43,1 milyon ədəd, Türkiyədən isə 26,8 milyon ədəd yumurta idxal edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Bildirilib ki, mayın 13-dən 19-dək Azərbaycandan 1,2 milyon, Türkiyədən isə 950,4 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə daxil olub.
Qeyd edilib ki, 2024-cü ilin əvvəlindən Rusiya Belarusdan 280,6 milyon ədəd yumurta idxal edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Xəbər lenti
0