https://sputnik.az/20240519/tezlikle-reisi-ve-onun-numayende-heyetinden-xos-xeber-alacagima-umid-edirem---erdogan-464759514.html
Tezliklə Rəisi və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm - Ərdoğan
Tezliklə Rəisi və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti və bu ölkənin XİN-i İran prezidentinin qəzaya uğradığı helikopterlə bağlı axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstək göstərməyə hazır... 19.05.2024, Sputnik Azərbaycan
2024-05-19T22:19+0400
2024-05-19T22:19+0400
2024-05-19T22:21+0400
dünya xəbərləri
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rəcəb tayyib ərdoğan
ibrahim rəisi
iran
əmir abdullahiyan
prezident ilham əliyev
türkiyə xin
helikopter
helikopter qəzası
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461276032_0:161:3071:1888_1920x0_80_0_0_0ac0390a05899d7cf3711b3a20455614.jpg
BAKI, 19 may - Sputnik. İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.“Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istəyirəm.Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından keçmiş olsun deyir və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm” - Ərdoğan qeyd edib.Türkiyənin Xarici İşlər Nazirliyi də İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb.Nazirliyin “X”dəki hesabındakı paylaşımında qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.“Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarına ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”, - Türkiyə XİN bildirib.Qeyd edək ki, mayın 19-da içində İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında təcili eniş edib.Onun göyərtəsində Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub. Hazırda onların axtarışları davam etdirilir.Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461276032_170:0:2901:2048_1920x0_80_0_0_5b75c1c38bcda2481af33b7f00b7971b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rəcəb tayyib ərdoğan, ibrahim rəisi, iran, əmir abdullahiyan, prezident ilham əliyev, türkiyə xin, helikopter, helikopter qəzası
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rəcəb tayyib ərdoğan, ibrahim rəisi, iran, əmir abdullahiyan, prezident ilham əliyev, türkiyə xin, helikopter, helikopter qəzası
Tezliklə Rəisi və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm - Ərdoğan
22:19 19.05.2024 (Yenilənib: 22:21 19.05.2024) Türkiyə Prezidenti və bu ölkənin XİN-i İran prezidentinin qəzaya uğradığı helikopterlə bağlı axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib.
BAKI, 19 may - Sputnik. İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.
“Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istəyirəm.
Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından keçmiş olsun deyir və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm” - Ərdoğan qeyd edib.
Türkiyənin Xarici İşlər Nazirliyi də İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb.
Nazirliyin “X”dəki hesabındakı paylaşımında qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.
“Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarına ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”, - Türkiyə XİN bildirib.
Qeyd edək ki, mayın 19-da içində İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında təcili eniş edib.
Onun göyərtəsində Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub. Hazırda onların axtarışları davam etdirilir.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.