Tarixdə bu gün: 19 may – FOTO
© Sputnik / Elnur Salayev19 may
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 19 may — Sputnik. Mayın 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 19-da kim anadan olub?
Rəsul Rza (1910-1981) - Azərbaycan SSR xalq şairi, respublika kinematoqrafiya naziridir (1946-1950). O, Nizaminin, Puşkinin, Lermontovun, Nekrasovun, Mayakovskinin və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Rəsul Rza
© Sputnik / V.Kalinin
/ Mustafa Kamal Atatürk (1881-1938) – Türkiyə Cümhuriyyətinin ilk prezidentidir (1923-1938).
© AP PhotoMustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu
© AP Photo
Yekaterina Obraztsova (1955) - Sovet və Rusiya teatr rejissoru, aktrisa, RF əməkdar artisti və Sergey Obraztsovun nəvəsidir.
© Photo : Театр кукол имени С. В. ОбразцоваYekaterina Obraztsova
Yekaterina Obraztsova
© Photo : Театр кукол имени С. В. Образцова
Özcan Dəniz (1972) - Türkiyə teatr və kino aktyoru, müğənni, bəstəkar, yazıçı, rejissor və ssenaristdir. O, "Evim sənsən", "Su və od", "Daha sonra nə?" filmlərində bir çox obrazları canlandırıb.
Lera Kudryavtseva (1971) - Rusiya televiziya və radio aparıcısı, kino aktrisasıdır. O, 1995-ci ilin yanvarından televiziyada işləyir.
© Sputnik / Рамиль СитдиковLera Kudryavtsyova
Lera Kudryavtsyova
© Sputnik / Рамиль Ситдиков
Nataliya Oreyro (1977) uruqvaylı aktrisa, müğənni və dizaynerdir. Argentinanın "Vəhşi mələk" serialındakı baş rolu aktrisaya dünya şöhrəti qazandırıb. O, 2021-ci ildə Rusiya vətəndaşlığını alıb.
© Sputnik / Виктор ВытольскийNataliya Oreyro
Nataliya Oreyro
© Sputnik / Виктор Вытольский
19 May tarixində dünyada baş verən tarixi hadisələr
1649-cu ildə parlament təntənəli şəkildə "İngiltərəninin respublika elan edilməsi haqqında Aktı" qəbul edib.
1907-ci ildə Bakıda "Bəhlul" satirik jurnalı nəşr olunmağa başlayıb. Jurnalın redaktoru Ələsgər Əliyev olub. Cəmi 9 nömrəsi (1907-ci il noyabrın 4-nə kimi) çap olunub.
1989-cu ildə Moskvada ilk ümumittifaq "Miss SSRİ" müsabiqəsi keçirilib. Qalib Moskvanın onuncu sinif şagirdi Yuliya Suxanova seçilib.
© Sputnik / Игорь БойкоYuliya Suxanova, arxiv
Yuliya Suxanova, arxiv
© Sputnik / Игорь Бойко
2012-ci ildə Londonun "Çelsi" komandası Münhendə keçirilən finalda yerli "Bavariya" klubunu məğlub edərək ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
© AFP 2024 / ADRIAN DENNISÇelsi
Çelsi
© AFP 2024 / ADRIAN DENNIS
2018-ci ildə Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində Britaniya Şahzadəsi Harri ilə amerikalı aktrisa və fotomodel Meqan Marklın nigahı baş tutub.
© © Jeremy Selwyn / POOL / AFMeqan Markl
Meqan Markl
© © Jeremy Selwyn / POOL / AF
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.