Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

© PhotoKazanforum
Kazanforum - Sputnik Azərbaycan, 1920, 19.05.2024
Abunə olmaq
"KazanForum" çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Mordoviya Respublikasının başçısı Artyom Zdunov ilə ikitərəfli görüşlər keçirib.
BAKI, 19 may - Sputnik. “KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində, "Rusiya-Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa və Rusiyanın regionları ilə əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunan görüşlər keçirilib.
"Report" xəbər verir ki, Tatarıstanın Kazan şəhərində XV "Rusiya – İslam dünyası: KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində "Rusiya – Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, ölkələrimiz arasında güclənən əməkdaşlığın perspektivləri barədə danışıb. Qeyd edilib ki, Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunub, layihənin icrası çərçivəsində Azərbaycan tərəfində görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcminin artmasında təmsil etdiyi vilayətin rolunu vurğulayıb, ölkələrimizin nəqliyyat və beynəlxalq daşımalar sektorunda tərəfdaşlığının genişləndirilməsi potensialını yüksək qiymətləndirib.
Dəyirmi masada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov isə Azərbaycanın ixrac və investisiya imkanları barədə çıxışlar ediblər.
Tədbirdə, həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Moskva Ticarət və Sənaye Palatasının prezidenti Vladimir Platonov, "Ximqrad" Texnopolisinin baş direktoru Ayrat Gizatullin və Rusiyanın nəqliyyat-logistika, elektron ticarət və maliyyə sektorlarını təmsil edən şirkət nümayəndələri ikitərəfli əlaqələrin dərinləşdirilməsi haqqında çıxış edib, təqdimatlar keçiriblər.
"KazanForum" çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Mordoviya Respublikasının başçısı Artyom Zdunov ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycanla Rusiyanın regionları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0