https://sputnik.az/20240519/elektron-siqaretlerdeki-etirli-elaveler-xercenge-sebeb-ola-biler-464719049.html
Elektron siqaretlərdəki ətirli əlavələr xərçəngə səbəb ola bilər
Elektron siqaretlərdəki ətirli əlavələr xərçəngə səbəb ola bilər
Sputnik Azərbaycan
Elektron siqaretlər, veyplər və digər nikotinli qurğuların istehsalçıları alıcıları cəlb etmək üçün öz məhsullarını qeyri-adi, xoş, maraqlı və hətta gülməli... 19.05.2024, Sputnik Azərbaycan
2024-05-19T10:01+0400
2024-05-19T10:01+0400
2024-05-19T10:01+0400
siqaret
cəmiyyət
elektron
nikotin
temperatur
https://cdnn1.img.sputnik.az/img/07e8/05/11/464718880_0:0:2178:1225_1920x0_80_0_0_84c0b07297ba9dbd202299f8dd60432f.jpg
BAKI, 19 may — Sputnik. Yüksək temperaturun təsiri altında elektron siqaretlərin tərkibində olan ləzzətlər və qida əlavələri zəhərli maddələrə çevrilərək müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb ola bilər. Ona görə də onlar qadağan edilməlidir. Bu barədə "RİA Novosti"yə Rusiya Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkilatı və İnformasiyalaşdırma Mərkəzi Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Qalina Saxarova bildirib. Bundan əvvəl "Kommersant" qəzeti yazıb ki, Rusiya hökuməti ətirlər və qida əlavələri olan elektron mayeləri qadağan etməyi planlaşdırır. "Elektron siqaretlər, veyplər və digər nikotin çatdıran qurğuların istehsalçıları alıcıları cəlb etmək üçün öz məhsullarını qeyri-adi, xoş, maraqlı və hətta gülməli hala gətirməyə çalışırlar, lakin əslində hər şey onların arasında davamlı nikotin asılılığının sürətlə inkişafına yönəlib. Bunun üçün elektron siqaret mayelərinə dadlandırıcılar əlavə edilir ki, bu da istehlakçılara ikiqat mənfi təsir göstərir", - mütəxəssis izah edib. Onun fikrincə, veyplərdə olan dadlandırıcılar asılılığa səbəb olur: istehlakçı müəyyən dadı bəyənməyə başlayır və ya daim dəyişib yeni ləzzətləri sınamağı xoşlayır. Nəticədə o, elektron siqaretdən daha tez-tez istifadə etməyə, böyük miqdarda nikotini daxilə qəbul etməyə və siqaret çəkməyə başlayır və nikotindən asılılığı sürətli inkişaf edir. Bundan əlavə, bəzi ətirli maddələrin təsiri siqaret çəkməyi asanlaşdıra bilər. Məsələn, mentol tənəffüs yollarındakı ağrıları yox edən yerli anestezikdir; insanlara tərkibində mentol olan aerozol və ya tütün tüstüsü ilə nəfəs almaq daha asandır, bu da təhlükəsizlik hissi yaradır. Eyni zamanda, istehlakçılar daha tez-tez siqaret çəkməyə və daha çox nikotin qəbul etməyə başlayırlar ki, bu da güclü nikotin asılılığının inkişafına səbəb olur. "Beləliklə, sözsüz, bütün ətirli, ətirləndirici, hazırda isə soyuducu əlavələr qadağan edilməlidir", – Saxarova sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/11/464718880_0:0:2178:1635_1920x0_80_0_0_d1e3d471fee558fd022e6cc5d57aedb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
siqaret, elektron, nikotin, temperatur
siqaret, elektron, nikotin, temperatur
Elektron siqaretlərdəki ətirli əlavələr xərçəngə səbəb ola bilər
Elektron siqaretlər, veyplər və digər nikotinli qurğuların istehsalçıları alıcıları cəlb etmək üçün öz məhsullarını qeyri-adi, xoş, maraqlı və hətta gülməli hala gətirməyə çalışırlar.
BAKI, 19 may — Sputnik. Yüksək temperaturun təsiri altında elektron siqaretlərin tərkibində olan ləzzətlər və qida əlavələri zəhərli maddələrə çevrilərək müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb ola bilər. Ona görə də onlar qadağan edilməlidir.
Bu barədə "RİA Novosti"yə Rusiya Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkilatı və İnformasiyalaşdırma Mərkəzi Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Qalina Saxarova bildirib.
Bundan əvvəl "Kommersant" qəzeti yazıb ki, Rusiya hökuməti ətirlər və qida əlavələri olan elektron mayeləri qadağan etməyi planlaşdırır.
"Bütün istehlakçılar yaxşı başa düşməlidirlər ki, yeyilə bilən hər şeyi nəfəslə "içəri çəkmək" mümkün deyil. Elektron siqaretlərin istilik kamerasında yüksək temperaturun təsiri altında təbii və ya kimyəvi əlavələrin əksəriyyəti zəhərli maddələrə çevrilir, sərbəst radikallar əmələ gəlir. Onlar insan qanına daxil olmaqla, eyni zamanda bütün orqanlara daxil olur, müxtəlif ağır xəstəliklərin, o cümlədən bədxassəli yenitörəmələrin inkişafına səbəb olurlar", - Saxarova bildirib.
"Elektron siqaretlər, veyplər və digər nikotin çatdıran qurğuların istehsalçıları alıcıları cəlb etmək üçün öz məhsullarını qeyri-adi, xoş, maraqlı və hətta gülməli hala gətirməyə çalışırlar, lakin əslində hər şey onların arasında davamlı nikotin asılılığının sürətlə inkişafına yönəlib. Bunun üçün elektron siqaret mayelərinə dadlandırıcılar əlavə edilir ki, bu da istehlakçılara ikiqat mənfi təsir göstərir", - mütəxəssis izah edib.
Onun fikrincə, veyplərdə olan dadlandırıcılar asılılığa səbəb olur: istehlakçı müəyyən dadı bəyənməyə başlayır və ya daim dəyişib yeni ləzzətləri sınamağı xoşlayır. Nəticədə o, elektron siqaretdən daha tez-tez istifadə etməyə, böyük miqdarda nikotini daxilə qəbul etməyə və siqaret çəkməyə başlayır və nikotindən asılılığı sürətli inkişaf edir.
Bundan əlavə, bəzi ətirli maddələrin təsiri siqaret çəkməyi asanlaşdıra bilər. Məsələn, mentol tənəffüs yollarındakı ağrıları yox edən yerli anestezikdir; insanlara tərkibində mentol olan aerozol və ya tütün tüstüsü ilə nəfəs almaq daha asandır, bu da təhlükəsizlik hissi yaradır. Eyni zamanda, istehlakçılar daha tez-tez siqaret çəkməyə və daha çox nikotin qəbul etməyə başlayırlar ki, bu da güclü nikotin asılılığının inkişafına səbəb olur.
"Hazırda bəzi ölkələrdə mentollu siqaretlər qadağan edilib. Qadağaya cavab olaraq istehsalçılar əvəzində mentolun təsirinə oxşar effekt yaradan sintetik soyuducu mayelərdən istifadə etməyə başlayıblar", - ekspert əlavə edib.
"Beləliklə, sözsüz, bütün ətirli, ətirləndirici, hazırda isə soyuducu əlavələr qadağan edilməlidir", – Saxarova sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.